Ağcabədidə anbarda istehlaka yararsız məhsullar aşkarlanıb FOTOLAR KONKRET
Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağcabədi rayonu, H.Hacıyev küçəsi 141 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Vəliyev Rahib Ədalət oğluna məxsus anbarda AQTA əməkdaşları tərəfindən yoxlama keçirilib.
Bu barədə KONKRET.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilir ki, baxış zamanı anbarda mənşə sənədləri olmayan konfet, yararlılıq müddəti bitmiş makaron və qarğıdalı yağı aşkarlanıb. Həmçinin istehlaka yararlı məhsullarla yararsız məhsulların birlikdə və birbaşa döşəmənin üzərində saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
Bu mövzuda digər xəbərlər:Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb FOTOLAR
09 İyul 2025 10:27
”Kaspian Prodakşn Layn” MMC də istehlaka yararsız məhsullar aşkarlanıb FOTOLAR
07 Aprel 2025 16:33
Bərdədə marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
30 Aprel 2025 10:02
Topdansatış mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
18 İyun 2025 15:20
Keşlə bazarında istehlaka yararsız məhsullar aşkarlanıb
08 İyul 2025 11:37
Baxış sayı:139
Bu xəbər 04 Aprel 2025 10:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















