Ağcabədidə marşrut avtobusları yenilənir FOTO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Dövlət başçısının göstərişinə əsasən ölkədə ictimai nəqliyyat şəraitinin yaxşılaşdırılması, avtobus parklarının yenilənməsi istiqamətində tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu layihələrdən biri olaraq Ağcabədi şəhərində fəaliyyət göstərən marşrut avtobuslarının tamamilə yenilənməsi nəzərdə tutulub.
Belə ki, hazırda istismar edilən köhnə, yararsız nəqliyyat vasitələrinin yeni, müasir tipli “İsuzu” markalı avtobuslarla əvəzlənməsinə qərar verilib.
Bildirilib ki, istismar müddəti başa çatmış avtobuslar təhlükəsizlik və rahatlıq baxımından əhalinin təlabatına cavab vermirdi. Bununla bağlı olaraq həmin avtobusları işlədən şəxslərə xəbərdarlıq edilib, heç bir texniki təhlükəsizlik qaydalarına cavab verməyən nəqliyyat vasitələrinin dəyişdirilməsi tələb edilib. Lakin geridə qalan müddətdə yararsız avtobusların dəyişdirilməsi istiqamətində addımlar atılmayıb. Nəticədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişi ilə Ağcabədi şəhərini əhatə edən marşrut xəttinin müasirləşdirilməsinə qərar verilib.
Qeyd edək ki, AYNA tərəfindən Bakıda, böyük şəhərlərdə və rayonlarda ictimai nəqliyyatın müasirləşdirilməsi və avtobus parklarının yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Son illərdə bir çox küçə və prospektlərə avtobus zolaqlarının çəkilməsi, Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi və digər böyük şəhərlərdə müasir avtobusların əhalinin xidmətinə verilməsi bunun güstəricisidir.
Köhnə avtobuslar
Yeni avtobuslar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:276
Bu xəbər 31 İyul 2026 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















