Icma.az
close
up
RU
Ağcabədidə toyda həmkəndlilər arasında dava: Ölən var

Ağcabədidə toyda həmkəndlilər arasında dava: Ölən var

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağcabədi rayonunda 1986-cı il təvəllüdlü Ramil Muradov həmkəndlisi Zaur Məhərrəmovu qətlə yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Ramil 7 yanvar 2023-cü ildə, saat 15 radələrində həmkəndlisi Natiq Babayevin yaşadığı Ağcabədi rayonunun Kürdlər kəndində yerləşən fərdi yaşayış evində təşkil edilmiş sonuncunun övladının kiçik toy məclisində iştirak edib. 
Bu zaman o, özünün musiqi sifarişinin tam başa çatmadan dayandırılması kimi cüzi səbəbi bəhanə gətirməklə onunla eyni masada əyləşmiş tanışı Zaur ilə mübahisə etməyə başlayaraq və sonuncunun ünvanına ləyaqəti alçaldan ifadələr işlədib. Heç bir əsaslı səbəb olmadan ətrafda toplaşmış xeyli sayda insanların qarşısında Zaurun sifət nahiyəsinə qəsdən sağ əli ilə yumruq zərbəsi endirib. 
Bundan başqa Ramil kiçik toy məclisində iştirak edərkən həmin məclisin normal gedişinin pozulmasına səbəb olan xuliqanlıq hərəkətləri ilə əlaqədar tanışı və digər şəxslərin həmin hərəkətlərinə görə ona irad bildirdikdən sonra məclisin təşkil olunduğu yeri tərk edib. O, həmin kəndin ərazisindən keçən asfalt yolla yaşadığı evə doğru piyada hərəkət edərkən arxasınca gələn şəxslərin mübahisə etməsinə və toy məclisinin normal gedişini pozmasına dair haqlı iradını səbəb kimi bəhanə edib. Xuliqanlıq niyyəti ilə sağ əli ilə Zaurun sol gicgah nahiyəsinə qəsdən bir dəfə yumruq zərbəsi endirib. Onun  sağlamlığına insan həyatı üçün təhlükəli olan ağır zərər vurmaya aid olan xəsarətlər yetirib. 
Həmçinin həmin zərbənin təsirindən Zaur Məhərrəmovun müvazinətini itirməklə yıxılıb. Onun başı asfalt örtüyünə dəyməsi səbəbindən aldığı xəsarətlərdən Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Zaur yanvarın 8-də xəstəxanada ölüb. 
Hadisəni törədən Ramilin barəsində Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma – Bu məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil özünü qismən təqsirli, yəni mərhum Zaur Məhərrəmova yumruq vurmaqda təqsirli bilib. O, ifadəsində göstərib ki, yanvarın 7-də Ağcabədi rayonunda toyda olarkən həmkəndlisi Sabirlə onun arasında söz-söhbət düşüb: “Daha sonra mən mağardan çölə çıxıb getdim. Yolda olarkən mərhum Zaur mənə yaxınlaşdı, mənim qardaşım ilə dalaşdığını hesab edərək mənə söyüş söydü. Buna görə də əsəbiləşdim, Zaura bir dəfə yumruqla vurdum. Həmin vaxt da Zaur yerə yıxıldı. Bundan sonra getdim. Sonrakı hadisələrdən xəbərim olmayıb”.
Ramilin sözlərinə görə, Sabirlə arasında mübahisə zamanı Vahid adlı şəxs orada olmayıb: “Sabirlə birlikdə oynadıqdan sonra yenidən bir masa ətrafında oturmuşduq. Həmin vaxt Sabir mənə “maydan” dedi. Buna görə də Sabirlə aramızda mübahisə yarandı. Həmin vaxt stol ətrafımda Sabir və ondan başqa Vahid, Elçin və Zöhrab adlı şəxslər də olublar. Həmin vaxt heç kimin üzərinə bıçaq çıxarmamışam. Lakin həmin vaxt üzərimdə bıçaq olub. Hətta həmin bıçaqla meyvə doğradığım üçün bıçaq da stolun üstündə olub. Bıçaq həmişə mənim üzərimdə olub. Texnika işlətdiyim üçün mənə lazım olub. Sabirin mənə “maydan” deməsindən sonra həmin bıçaqdan istifadə etməmişəm. Həmin vaxt Sabirlə aramızda mübahisə təxminən 2-3 dəqiqə çəkdi. Bir-birimizə yumruq atdıq. Stolda olanlar bizi aralaşdırdılar. Həmin vaxt bıçağı heç kimə göstərmədim”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin mübahisədən sonra Sabiri Vahid adlı şəxs, onu isə Elçin adlı şəxs mağardan çölə aparıb: “Mağardan çıxandan sonra Sabirlə aramızda mübahisə olmadı. Həmin toyda 5-6 “rumka” araq içmişəm. Mağardan çıxdıqdan sonra qardaşım oğlu ilə birlikdə evimə getdim. Mağardan təxminən 150 metr aralandım. Həmin vaxt Zaur Məhərrəmov mənə yaxınlaşdı, qardaşı ilə dalaşdığını fikirləşərək məni söyüş söydü. Mən də Zaurun çənəsindən bir dəfə yumruq zərbəsi vurdum. Zaur yıxıldı. Buna görə də getdim. Aramızda mübahisə davam etmədi”. 
Ramil qeyd edib ki, gecə saat 3 radələrində Zaurun vəfat etdiyini eşidib: “Zaura yumruq vurduqdan sonra sonuncu arxası üstə asfaltın üzərinə yıxıldı. İbtidai istintaq zamanı verdiyim ifadəmi təsdiq edirəm. Zaurla dalaşarkən üzərimdə bıçaq olmayıb. Sabirlə mübahisə edərkən Elçinin mənim bıçağımı götürərək özündə saxlayıb. Zaurla üzbəüz durarkən sağ əlim ilə onun çənəsindən yumruqla vurmuşam. Zaurun sol gicgah nahiyyəmdə xətti sınıqların olması barədə ekspert rəyi ilə bağlı heç nə deyə bilmərəm. Sabirlə dalaşdıqdan sonra stolun üstündən bıçağı götürərək çölə çıxanda Elçin bıçağı əlimdən aəb. Ona görə də Zauru vurarkən məndə bıçaq olmayıb. Zaura yumruq vurarkən əlimdə hər hansı başqa bir predmet olmayıb. Zaurla aramızda əvvəllər ədavət olmayıb. Zaurun bacısı oğlu Elxan ilə bu hadisədən bir ay əvvəl dalaşmışam, ona “dayına, yəni Zaura oxşa” demişəm. Lakin bunu pis mənada deməmişəm”. 
Ramil deyib ki, toy mağarımdan çıxdıqdan sonra evi istiqamətində gedib: “Həmin vaxt yanımda azyaşlı – 13-14 yaşlı qardaşım oğlu, qardaşım Səyyad və digər şəxs olub. Mağardan çıxdıqdan sonra toyda iştirak edənlər də çölə çıxmışdılar. Toy mağarında mən Zaurla bir stol ətrafında oturmamışam. Lakin ona kimsə deyib ki, onun qardaşı ilə dalaşmışam. Zaura vurarkən sonuncunun dişinin izi mənim barmağımda qalıb. Yumruğu Zaurun çənəsinin sol tərəfinə vurmuşam. Həmin vaxt aramızda az məsafə olub. Mən idmanla məşğul olmuşam, lakin profesianal məşq etməmişəm. Zaura zərbə vuran an Zaur yıxıldı. Zaurun başının asfalta dəyməsini görməmişəm. Lakin bir yumruğa adam ölməz deyə fikirləşdiyimdən başının asfalta dəydiyini fikirləşmişəm.  Mənim zərbəmdən Zaur arxası üstə  yerə yıxıldı. Mən Sabirlə mübahisə edərkən yan stollardan onların yanına admalar gəlmək istəyərkən məni və Sabiri araladılar. Həmin vaxt oynayan olmadığından musiqi çalınmırdı. Biz çölə çıxdıqdan sonra toy iştirakçıları da aramızda olan mübahisəni bildiklərindən arxamızca çölə çıxdılar. Mən evə gedərkən bıçağı götürərək getmək istəmişəm. Bıçaqdan istifadə etmək fikrim olmayıb. Zauru yumruqla vurarkən qardaşım oğlu yanımda olub. Zaurla söhbətlərimi eşidib. Zaur mənimlə yaxın münasibətdə olub. Zaurun həmin vaxt içki içib-içmədiyini bilmirəm”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramil 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Yanvar 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see458

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see406

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see294

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see270

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see259

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see253

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see245

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see230

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see207

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see202

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see196

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see195

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see189

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see188

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see188

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see186

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see181

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see180

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see171

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri