Icma.az
close
up
RU
Ağcaqanad sancması hansı hallarda təhlükəli ola bilər? İNFEKSİONİST AÇIQLADI

Ağcaqanad sancması hansı hallarda təhlükəli ola bilər? İNFEKSİONİST AÇIQLADI

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay aylarında ağcaqanad sancmaları demək olar ki, hər kəsin qarşılaşdığı problemlərdən biridir. Əksər hallarda bu, sadəcə qaşınma və narahatlıq yaratsa da, bəzi insanlarda allergik reaksiyalara və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə uşaqlar və həssas şəxslər üçün bu məsələ daha ciddi hesab olunur. Bəs ağcaqanad sancmaları nə vaxt təhlükəli sayılır və ondan necə qorunmaq olar? Ağcaqanad sancması hansı hallarda təhlükəli ola bilər? Kimlər daha çox risk altındadır? Sancmadan sonra ilk olaraq nə etmək lazımdır, nə etmək olmaz?

Məsələ ilə bağlı infeksionist Aytən Ziyadova SİA-ya açıqlamasında bildirib ki, kiçik yaşlı uşaqlarda bu sancmanın gedişatı daha ağır ola bilər:

“Qaşınma, şişkinlik, halsızlıq müşahidə olunur. Hətta qaşınma o qədər güclü olur ki, uşağın yuxu rejiminə mənfi təsir göstərir.

Xüsusilə kiçik yaşlı uşaqlarda, eləcə də hər yaş qrupunda yanaşı allergik reaksiyanın şiddətləndiyini müşahidə edirsinizsə, nəfəs darlığı, üz, dodaq və gözlərdə şişkinlik, həmçinin halsızlıq varsa, bu, təcili vəziyyətin xəbərçisidir.

Unutmayaq ki, ağcaqanad dişləməsi zamanı orqanizmin immun sisteminin reaksiyasından asılı olaraq bədənin cavab verməsi normaldır. Təbii ki, bu reaksiya hər kəsdə fərqlidir və orqanizmin həssaslığından asılıdır. Lakin bəzi hallarda reaksiya daha ağır keçərək nəfəs almaqda çətinlik yarada bilər. Dodaqların ani şişməsi, gözlərdə şişkinlik kimi əlamətlərə xüsusi diqqət yetirilməlidir. Belə hallarda vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Allergik həssaslığı yüksək olan şəxslər var. Təbii ki, bu insanlar maksimum dərəcədə qorunmalıdırlar. Açıq ərazilərdə, xüsusilə su hövzələrinin ətrafında və rütubətli mühitlərdə daha ehtiyatlı olmalıdırlar. Ağcaqanadlar nəm mühiti çox sevir.

Belə şəxslər dəri səthinə qoruyucu vasitələr tətbiq edə bilərlər. Amma daha yaxşı olar ki, bu vasitələr təbii tərkibli olsun. Xüsusilə uşaqlarda bəzi kremlərin özbaşına istifadəsini görürük. Onların tərkibində elə maddələr ola bilər ki, dəri üçün zərərli təsirlər yaratsın.

Təbii hesab olunan maddələr də allergiyaya səbəb ola bilər. Həkim nəzarəti ilə xüsusi orqanik spreylər hazırlamaq mümkündür. Məsələn, limon və ya lavanda tərkibli spreylərdən istifadə etmək olar.

Körpələri açıq havaya çıxararkən uşaq arabasının üzərinə tor çəkilməsi tövsiyə olunur. Həmçinin uzunqol geyimlər seçilməli, xüsusilə ayaqların örtülməsinə diqqət edilməlidir. Tam qorunmaq mümkün olmasa da, bu tədbirlər ağcaqanad sancmalarının qarşısını xeyli dərəcədə alır.

Valideynlər tez-tez soruşurlar ki, uşaqlarımızı necə qoruya bilərik? Burada ən əlverişli vasitələrdən biri məhz qoruyucu torlardan istifadə etməkdir.

Xüsusilə allergik uşaqların valideynlərinə bunu vurğulayırıq. Həmin cihazların tərkibindəki kimyəvi maddələr allergik xəstəlikləri və ya astmanı ağırlaşdıra bilər. Bu isə daha təhlükəli vəziyyət yarada bilər.

Ən yaxşı seçim təbii və orqanik vasitələrdən, həkim məsləhəti ilə istifadə etməkdir. Çünki bəzi insanlar müəyyən qoxulara və ya həmin vasitələrin tərkibindəki maddələrə qarşı həssas ola bilərlər. Bunu allergoloqun müayinəsi ilə müəyyənləşdirmək mümkündür.

Qaşınmanı azaltmağın onun ağırlığından asılı olaraq müxtəlif müalicə üsulları tətbiq olunur. Antihistamin preparatlardan istifadə edilə bilər. Amma onların da müxtəlif növləri var və mütləq həkim tərəfindən təyin olunmalıdır. Qonşunun və ya tanışın məsləhəti ilə antihistamin qəbul etmək doğru deyil. Çünki preparatın seçimi uşağın yaşına və vəziyyətinə uyğun aparılmalıdır.

Bəzi hallarda yerli kremlərdən istifadə olunur. Ancaq bunların arasında hormonal kremlər də var və onların özbaşına istifadəsi yolverilməzdir. Buna görə ailə həkimi və ya pediatrla məsləhətləşmək vacibdir.

Mənim ev şəraitində əsas tövsiyəm budur ki, maksimum dərəcədə qoruyucu torlardan istifadə edin və ağcaqanadların çox olduğu mühitlərdən uzaq durmağa çalışın.

Xüsusilə nəm ərazilərdə yaşayan insanlara bunu vurğulamaq istəyirik. Çünki ağcaqanadlar belə mühitləri çox sevir. Bu il müşahidə edirik ki, bitki örtüyünün dəyişməsi və son günlər yağıntıların artması nəticəsində ağcaqanadların sayı çoxalıb. Bununla yanaşı, uşaqlarda allergik reaksiyalar da daha ağır şəkildə özünü göstərir və bizə müraciətlər artıb.

Müasir uşaqların əksəriyyətində müxtəlif allergik həssaslıqlar mövcuddur. Buna görə də ağcaqanad sancmaları nəticəsində daha güclü reaksiyalar müşahidə edə bilirik. Mümkün qədər qapı və pəncərələrdə torlardan istifadə edin, evi qorumağa çalışın”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 İyul 2026 16:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri