Ağcaqanadlardan qorunmağın yeni üsulu tapıldı
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Alimlər may çanq ağacının ("Litsea cubeba") efir yağı əsasında hazırlanmış yeni ağcaqanadqovucu vasitəni sınaqdan keçiriblər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "MosShield" adlı sprey laboratoriya şəraitində üç təhlükəli ağcaqanad növünə qarşı yüksək effektivlik göstərib və dəridə qıcıqlanma yaratmadan 2-4 saata qədər qoruma təmin edib.
Araşdırma çərçivəsində 48 könüllü üzərində aparılan sınaqlar vasitənin dəri üçün təhlükəsiz olduğunu göstərib. Daha sonra sprey müxtəlif ağcaqanad növlərinə qarşı yoxlanılıb.
Nəticələrə əsasən, vasitə adi ev ağcaqanadına qarşı təxminən 225 dəqiqə, digər iki təhlükəli ağcaqanad növünə qarşı isə orta hesabla 120 dəqiqə qoruyucu təsir göstərib.
Tədqiqat müəllifləri bildiriblər ki, yeni vasitə denge qızdırması, malyariya və Qərbi Nil virusunu yayan ağcaqanadları uzaqlaşdırmaq baxımından ümidverici nəticələr göstərsə də, onun real şəraitdə bu xəstəliklərin qarşısını alma qabiliyyəti hələ sübuta yetirilməyib.
Alimlərin sözlərinə görə, bunun dəqiqləşdirilməsi üçün əlavə sahə sınaqlarının aparılmasına ehtiyac var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 17 Avqust 2026 05:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















