Icma.az
close
up
RU
Siqaret çəkməyənlər də ağciyər xərçəngi olur: Xəstəlikdən qorunmağın YOLLARI VAR

Siqaret çəkməyənlər də ağciyər xərçəngi olur: Xəstəlikdən qorunmağın YOLLARI VAR

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

İnsanlarda ağciyər xərçəngi halları artıb. Bunun əsas səbəblərindən biri hava çirkliliyiduir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Səhiyyə Təşkilatının xərçəng araşdırma agentliyi məlumat yayıb.

Qeyd olunur ki, siqaret çəkməyənlər arasında ağciyər xərçəngi xərçəngə bağlı ölümlər sırasında beşinci yerdədir. Xüsusilə adenokarsinom tipi həm kişilərdə, həm də qadınlarda ən çox rast gəlinən növdür.

2022-ci ildə hava çirkliliyinə məruz qalma səbəbindən 200 minə yaxın adenokarsinom halı qeydə alınıb. Bu halların böyük hissəsi Çin də daxil olmaqla, Şərqi Asiyada müşahidə olunub.

Mütəxəssislər siqaret istifadəsinin azalması ilə siqaret çəkməyənlərdə ağciyər xərçəngi hallarının artdığını vurğulayır. Xüsusilə Böyük Britaniya və ABŞ-da bu tendensiya nəzərə çarpır.

Qadınlar arasında ağciyər xərçəngi sürətlə yayılmaqdadır. 2023-cü ildə Böyük Britaniyada qadınlarda bu xəstəliyin yayılma göstəricisi kişiləri ötüb.

Alimlər hava çirkliliyinin adenokarsinom riskini artırdığını bildirərək, tütün və hava çirkliliyi ilə mübarizənin vacibliyini vurğulayırlar.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən cərrah mammoloq-onkoloq Afət Cabbarova bildirib ki, bu, yalnız siqaretə bağlı deyil, ağciyər xərçənginin siqaretdən asılı olmayan formaları da var. Bütün dünya təbabəti, onkologiya elmi bu sahəni, xərçəng xəstəliyinin niyə bu qədər surətlə artmasının niyəsini illərdir axtarır, lakin dəqiq bir cavab yoxdur:

“Müəyyən təsiredici amillər var ki, bunlardan biri də siqaretdir, ancaq əsasən genetik amillər daha üstündür. Bununla yanaşı, havanın çirklənməsi, hava tullantı qazlarının və digər sənaye məhsullarının çoxluğu da geniş yayılmış təsiredici amillərdən biridir”.

Müsahibimiz xərçəng xəstəliyindən qorunmağın yollarından da bəhs edib:

"Xərçəng xəstələrinin 1/3-nin qarşısı alına bilir, geri qalanı isə vaxtında aşkarlandıqda effektiv müalicə oluna bilir. Baxmayaraq ki, xərçəngin yaranmasında genetika kim bəzi risk faktorları kontrolumuzda deyil, lakin bilməliyik ki, bizim bir çox davranışlarımız və həyat tərzimiz xərçəngi əhəmiyyətli dərəcədə azalda bilər. Siqaret istifadəsini dayandırmaq, spirtli içkini azaltmaq, kifayət qədər gün işığında qalmaq və aktiv həyat tərzi keçirmək kimi fərqli yollarla sağlamlığımızın qayğısına qala bilərik”.

Afət Cabbarova: Bəzi xərçəng növləri var ki, inkişaf riskini müntəzəm fiziki fəaliyyətlə azalda bilərik

Həkim qeyd edib ki, sağlam qidalanma xərçəngin qarşısı alına bilən risk faktorları arasında ən önəmlisidir:

“Son iyirmi ildə həm dünyada, həm də ölkəmizdə yemək vərdişləri xeyli dəyişib. Sənayeləşmə və gərgin iş həyatı təəssüf ki, hamımızı sürətli yaşamağa məcbur edir. İndi evdə yemək hazırlamaq əvəzinə supermarketlərdən hazır qidalar almaq praktik görünür. Beləliklə, həddindən artıq yağ, həddindən artıq şəkər və əlavələr olan məhsullara məruz qalırıq. Bu işlənmiş qidaların tərkibindəki əlavələr bədənə iltihablı təsir göstərə bilər”.

Fiziki cəhətdən aktiv həyat tərzi sürməyin faydaları da saysız-hesabsızdır. A.Cabbarova bildirib ki, müntəzəm fiziki fəaliyyət ürəyi gücləndirir, infarkt riskini azaldır, əzələ və sümük kütləsini qoruyur, beyin sağlamlığını və inkişafını dəstəkləyir, psixi sağlamlığı qoruyur, müsbət düşünmək və stresslə mübarizə qabiliyyətini artırır. Bu xüsusiyyətlər arasında fiziki fəaliyyətin xərçəngə qarşı qoruyucu təsirini də saymaq olar.

“Bəzi xərçəng növləri var ki, onların inkişaf riskini, xüsusən də müntəzəm fiziki fəaliyyətlə azalda bilərik. Bu xərçənglər arasında döş, uşaqlıq yolu, kolon, qaraciyər və böyrək xərçənglərini saya bilərik. Buna görə də, mümkün qədər aktiv həyat sürmək, səhiyyə orqanlarının tövsiyələrinə uyğun olaraq həftədə ən az 150 dəqiqə müntəzəm idman və idmanla məşğul olmaq sağlamlığın qorunmasında roy oynayan vacib əlamətlərdən biridir", - deyə Afət Cabbarova qeyd edib.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri