Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Baytarlıq rüsumu ləğv edilir: Ət ucuzlaşacaq?

Baytarlıq rüsumu ləğv edilir: Ət ucuzlaşacaq?

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Baytarlıq şəhadətnaməsinin verilməsinə görə tutulan 10 manatlıq dövlət rüsumunun ləğvi təklif olunur. Bu dəyişiklik sahibkarların xərclərini azaltsa da, bazarda ət və süd məhsullarının qiymətlərinə təsiri sual doğurur. Bəs bu qərar məhsulların ucuzlaşmasına səbəb ola bilərmi?

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Bakıvaxtı.az-a danışarkən bildirib ki, 10 manatlıq dövlət rüsumunun ləğvi ət və süd məhsullarının qiymətlərinə ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, bu məbləğ qiymətlərin ucuzlaşmasına səbəb olacaq qədər böyük deyil. Ekspert bildirib ki, ümumilikdə rüsumların azaldılmasını müsbət qiymətləndirir:

İqtisadçı: Rüsumun ləğvi ət və süd məhsullarının qiymətlərinə ciddi təsir göstərməyəcək

“İstənilən rüsumun ləğvini alqışlayıram. Rüsumlar nə qədər az olsa, bir o qədər yaxşıdır. Ancaq məhz bu rüsumun ləğvinin hansısa formada qiymətlərin tənzimlənməsinə və məhsulların ucuzlaşmasına təsir edəcəyini düşünmürəm”.

İqtisadçı Xalid Kərimli də Bakıvaxtı.az-a bildirib ki, baytarlıq şəhadətnaməsinin verilməsinə görə tutulan 10 manatlıq dövlət rüsumunun ləğvi sahibkarların və fermerlərin xərclərini azaltsa da, bu, ət və süd məhsullarının qiymətlərinə ciddi təsir göstərməyəcək.

Onun sözlərinə görə, hazırda bu rüsumu bütün sahibkarların ödəyib-ödəmədiyi də sual altındadır. Bəzi sahibkarlar ümumiyyətlə bu ödənişi etməyiblər. Bununla belə, rüsumun ləğvi şəffaflığın artmasına, baytarlıq şəhadətnamələrinin alınmasına marağın yüksəlməsinə və risklərin azalmasına səbəb ola bilər.

Xalid Kərimli: Bu rüsumun ləğvi yaxşıdır

İqtisadçı bildirib ki, 10 manatlıq xərc, xüsusilə böyük həcmdə heyvan və ət məhsullarının maya dəyəri ilə müqayisədə əhəmiyyətli məbləğ deyil:

“Bu rüsumun ləğvi yaxşıdır, çünki firmanın xərci azalır. Ancaq bunun qiymətlərə təsiri əhəmiyyətsiz olacaq. Məsələn, ət məhsulunun maya dəyərində 10 manat böyük xərc deyil ki, qiymətə ciddi təsir göstərsin. Bəzi hallarda kiloqram üzrə cüzi azalma ola bilər, amma hesab etmirəm ki, sahibkar bu fərqi alıcıya ötürəcək”.

Xalid Kərimlinin fikrincə, qiymətləri əsasən bazarda tələb və təklif müəyyənləşdirir. Sahibkarın xərci azalsa belə, məhsula tələbat və bazardakı rəqabət imkan verirsə, o, əvvəlki qiymətlə satışını davam etdirə bilər:

"Rüsumun ləğvi dərhal ucuzlaşma yaratmasa da, uzunmüddətli perspektivdə rəqabət qiymətlərə təsir göstərə bilər. Sahibkarların və fermerlərin xərclərinin azalması isə istənilən halda müsbət addımdır".

Günəş Mərd 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 06 Noyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri