Icma.az
close
up
RU
“Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf edir”

“Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf edir”

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Beş il əvvəl – noyabrın 20-də Ağdam rayonu bir güllə atmadan, qan tökülmədən işğaldan azad olundu. Bu, 2020-ci il 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandığı qələbənin nəticəsi idi. Döyüş meydanında əldə edilən uğur Ağdamla yanaşı, Kəlbəcər və Laçın rayonlarının da azad olunmasına imkan verdi.
Ağdamın işğaldan sonrakı mənzərəsi dəhşətli idi. Şəhər yerlə yeksan edilmişdi. Bu səbəbdən Ağdama Qafqazın Xirosiması da deyirdilər. Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib. Təkcə Ağdamda 100 minə yaxın mina basdırılıb. Otuz ilə yaxın işğal müddətində qadınlar və uşaqlar da daxil olmaqla, yüzlərlə şəxs mina qurbanına çevrilib. Basdırılmış minalar regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaradır.

Ermənistan tərəfi beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq, Ağdam rayonunda coğrafi adları da dəyişdirib, oradakı mülkiyyəti talan edib. Bütün müsəlman abidələri dağıdılıb və təhqir olunmuşdu. Eyni zamanda məsciddən hərbi məqsədlər və ya tövlə kimi istifadə etmişdilər. Cənab Prezidentin də söylədiyi kimi, dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir.

Son 5 ildir, Ağdamda yeni mərhələ başlayıb. Ən çox minalanmış ərazi olmasına baxmayaraq, burada yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır. Şəhərin baş planına uyğun olaraq burada yeni yaşayış məntəqələri inşa olunmaqdadır. Cənab Prezidentin Ağdama səfəri zamanı yeni yaşayış məntəqləri, sosial obyektltər istifadəyə verilir. Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin edilir. Eyni zamanda burada müasir standartlara uyğun sənaye müəssisələri fəaliyyətə başlayıb. Bu da bura geri qayıdan əhalinin məşğulluğunun təmin olunmasına töhfə verir.
Ümumiyyətlə, keçmiş məcburi köçkünlərimizin geri qayıtması, burada firavan və təhlükəsiz şəraitdə yaşaması üçün kompleks tədbirlər həyata keçirilir. Bu ildən etibarən Ağdama köç də baş tutub. Belə ki, 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, yəni 3318 nəfər doğma yurdlarına qayıdıb.
Prezident İlham Əliyev Ağdama səfərlərininbirində söyləmişdir ki, “biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bərpa işlərinə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik”. 5 il ərzində Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atıldı və bu gün biz konkret nəticələr görürük. Hazırda Ağdamda genişmiqyaslı tikinti və bərpa işləri davam edir. 20 noyabr Ağdam şəhər günündə Ağdam daha güclü, daha müasir bölgə kimi inkişaf nümunəsi sərgiləyir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://adalet.az
archiveBu xəbər 19 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri