Ağdam Muğam Mərkəzi açılıb I FOTO
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mədəniyyət naziri Adil Kərimli dövlətimizin başçısına və birinci xanıma burada yaradılan şərait barədə məlumat verib.
Ağdam Muğam Mərkəzinin təməli 2023-cü ilin mayında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.
Mərkəzdə kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam konsertləri təşkil etmək üçün hərtərəfli şərait var. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı və digər otaqlar yaradılıb.
Muğam Mərkəzinin ərazisində 615 tamaşaçı tutumu olan açıq amfiteatr da inşa edilib.
Mərkəz Qarabağ bölgəsində qədim muğam sənəti incisinin işğaldan əvvəlki şöhrətinin bərpası, tədrisi və təbliğində, gənc nəsildə muğama sevginin aşılanmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun təşkilatçılığı və dəstəyi ilə bu istiqamətdə respublika və beynəlxalq əhəmiyyətli ənənəvi layihələr həyata keçirilir. Bu layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri” siyahısına salınıb.
Sonra dövlətimizin başçısı tədbirdə çıxış edib. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramına baxıblar.
AzVision.az Qalereya
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:“Ağdam Muğam Mərkəzi xalqımıza misilsiz bir töhfədir”
12 May 2025 21:43
Ağdam Muğam Mərkəzi: xalqın yaddaşına və kimliyinə qayıdış simvolu
16 May 2025 18:18
Beynəlxalq Muğam Mərkəzi ilin ilk muğam gecəsini təqdim edib FOTO
07 Yanvar 2026 15:55
Prezident Ağdam Muğam Mərkəzində olub FOTO (YENİLƏNDİ)
18 Fevral 2025 19:08
Muğamın yaddaş məkanı: Beynəlxalq Muğam Mərkəzi
26 Avqust 2026 10:00
Baxış sayı:121
Bu xəbər 10 May 2025 17:01 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları