Icma.az
close
up
RU
Ağdam Muğam Mərkəzi: xalqın yaddaşına və kimliyinə qayıdış simvolu

Ağdam Muğam Mərkəzi: xalqın yaddaşına və kimliyinə qayıdış simvolu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirakı yaddaşıma əbədi həkk olunan hadisələrdən oldu. Mərasimin ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə təsadüf etməsi, bu anı daha da rəmzi və əlamətdar etdi.

Yeni istifadəyə verilmiş Muğam Mərkəzi ilə tanışlıq və açılışdan sonra keçirilən konsert proqramı çərçivəsində Prezident İlham Əliyev və Mehriban Əliyevanın  Ağdam ziyalıları, incəsənət xadimləri və müharibə veteranları ilə səmimi söhbəti bütün iştirakçılarda xoş təəsürat yaratdı.  Mənim də cənab Prezidentlə görüşüm, ölkədə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə, xüsusilə Qarabağ bölgəsində reallaşdırılan mədəni və sosial layihələrə görə dövlət rəhbərliyinə təşəkkürümü çatdırmaq əla bir fürsət oldu.

Qeyd etməliyəm ki, mənim bir alim kimi formalaşmağımda Ümummilli lider Heydər Əliyevin təhsil siyasətinin mühüm rolu olub və onun respublikaya 1-ci rəhbərliyi dövründə həyata keçirdiyi təhsil siyasəti nəticəsində mən də bir sıra azərbaycanlı gənclər kimi keçmiş sovet respublikalarının nüfuzlu ali məktəblərində təhsil almaq imkanı qazanmışam.  O dövrdə keçmiş SSRİ-nin aparıcı ali məktəblərindən biri olan A.A.Jdanov adına Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olundum. Heydər Əliyev həmin dövrdə xaricdə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi görüşlər keçirir, onların təhsil şəraiti və qayğıları ilə yaxından maraqlanırdı. Bu görüşlərin birində mən də iştirak etmişdim. İndi də həmin anı böyük ehtiram və qürur hissi ilə xatırlayıram və həmin görüşdə Ulu Öndər məni xüsusi olaraq yanına dəvət etmiş, təhsil şəraitim ilə maraqlanmışdı. Bu  Heydər Əliyevin ölkədən kənarda təhsil alan gənclərə olan dərin diqqətinin  nümunəsi idi.  

  Zaman dəyişsə də, dövlətin elmə, mədəniyyətə və ziyalılara verdiyi yüksək dəyər aktuallığını qorudu, bu ənənənin müasir dövrdəki təzahürləri müxtəlif tədbirlərdə aydın şəkildə özünü göstərir. Ağdam Muğam Mərkəzində keçirilən tədbir də bunun bir nümunəsidir. 

Konsert proqramı zamanı balaca xanəndələrin ifasında səslənən “Qarabağ şikəstəsi” Prezident İlham Əliyevi çox kövrəltdi. Dövlət başçısı bu anı ayaq üstə alqışlayaraq uşaqların ifasına dərin hörmətini bildirdi. Prezidentin bu emosional reaksiyası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılandı. Fikrimcə, Prezidentin  “Qarabağ şikəstəsi”nin  ifası zamanı duyğulanması, hər şeydən əvvəl milli hissin, Qarabağla bağlı ağrılı tariximizin və bu gün yenidən dirçələn torpaqlarımızın doğurduğu dərin duyğuların ifadəsi idi. Bu hadisə yalnız milli mədəniyyətə  sevginin ifadəsi deyil, həm də ictimai emosional yaddaşı oyadan, milli qüruru canlandıran və birliyimizi gücləndirən simvolik bir məqam idi. 

Prezidentin bu səmimi münasibəti həm Qarabağın tarixi əhəmiyyətini, həm də azad olunmuş torpaqlarda gedən bərpa-quruculuq işlərinin vüsətini cəmiyyətə çatdırdı. Bir psixoloq kimi bu düşüncədəyəm ki,  belə məqamlarda ölkə rəhbərinin emosional reaksiyası təkcə fərdi duyğuların ifadəsi deyil, bütöv bir xalqın keçmişinin, yaşadığı acıların və gələcəyə olan ümidlərinin ifadəsidir. Bu, həm də ziyalıların, sənət adamlarının və ümumilikdə milli-mədəni elitanın üzərinə düşən tarixi missiyanı bir daha xatırladır: keçmişi unutmamaq, bu günə dəyər vermək və gələcəyə milli ruhla addımlamaq.

Prezidentin çıxışlarında dəfələrlə vurğulandığı kimi, Azərbaycan ziyalısı milli kimliyin və mənəvi dayaqların qoruyucusudur. Bu baxımdan, ziyalıların elmi baxışları və vətəndaşlıq mövqeyi dövlət siyasətinin formalaşmasında mühüm rol oynayır. Prezident Qarabağın bərpasını yalnız fiziki-infrastruktur baxımından deyil, milli ruhun və tarixi yaddaşın dirçəldilməsi kontekstində dəyərləndirir. Ağdam Muğam Mərkəzinin açılışı da məhz bu mənəvi yüklə reallaşdırılıb. Təsadüfi deyil ki, dövlət başçısı buradakı çıxışında dedi: “Bu gün azad Qarabağda çıxış etmək böyük xoşbəxtlikdir. Bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq”.

Prezident İlham Əliyev bu siyasəti ilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursu qətiyyətlə davam etdirir. Qarabağda həyata keçirilən hər bir layihə, tikilən hər bir bina, bərpa olunan hər bir abidə bu siyasi xəttin canlı təcəssümüdür. Heydər Əliyev yolu yalnız idarəçilik prinsipi deyil, həm də milli-mənəvi dəyərlərin qorunması, elmə və ziyalılara yüksək münasibətin yoludur.Bu gün cəmiyyətimizin psixoloji ehtiyaclarından biri olan milli qürur və gələcəyə inam hissinin məhz bu kimi təşəbbüslərlə möhkəmləndirilməsi çox vacibdir. 

Ağdam Muğam Mərkəzi yalnız mədəniyyətin deyil, eyni zamanda milli ruhun, tariximizin və kimliyimizin təcəssümüdür. Bu mərkəz, Azərbaycanın muğam irsinin tədrisi, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyır. Burada yaradılmış şərait həm peşəkar musiqiçilər, həm də gənc istedadlar üçün geniş imkanlar açır. Bu gün Azərbaycan mədəniyyəti yalnız paytaxtla məhdudlaşmır. Prezidentin siyasi iradəsi nəticəsində mədəniyyətin regionlara qaytarılması, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu sahənin dirçəldilməsi dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Məhz bu baxımdan Ağdam Muğam Mərkəzi kimi layihələr təkcə bir binanın açılışı deyil, həm də Azərbaycan xalqının yaddaşına, ruhuna və kimliyinə qayıdışın parlaq simvoludur.

İmdad BAYRAMOV
BDU-nun Psixologiya kafedrasının professoru,

psixologiya elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri