Icma.az
close
up
RU
“Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”

“Ağdam şəhər gününün təsis olunması Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”

Icma.az, Adelet.az portalına istinadən məlumatı açıqlayır.

20 Noyabr – Ağdam Şəhəri Günüdür. Qarabağın mərkəzində yerləşən Ağdam qədim tarixi, zəngin mədəni irsi, münbit torpaqları və özünəməxsus təbiəti ilə hər zaman seçilib.

Birinci Qarabağ müharibəsi dövründə  Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 23 iyul 1993-cü ildə rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Ümumilikdə rayonun 1094 kvadratkilometr ərazisinin 882 kvadratkilometri, rayon mərkəzi ilə birlikdə 90 kənd işğal olundu. Təxminən 128 min Ağdam sakini doğma yurd-yuvasını tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. Döyüşlər zamanı 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu dağıdıldı. Ağdamın məscidləri, tarixi abidələri, qəbiristanlıqları və digər mədəni irs nümunələri də vandalizmə məruz qaldı.

Azərbaycan xalqı uzun illər ərzində torpaqlarımızın azad olunacağına, ərazi bütövlüyümüzün bərpa ediləcəyinə inamını bira an belə itirmədi.

2020-ci ilin payızında başlanan Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərdi. 44 günlük müharibədə qazanılan tarixi Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. 3 gün sonra - 23 noyabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdamda üçrəngli bayrağımızı ucaltdı.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edildi və 20 noyabr Ağdam şəhəri günü kimi müəyyənləşdirildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

2022-ci il avqustun 16-da Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan təsdiq edildi. Bu sənəd işğaldan azad olunmuş ərazilər arasında ilk təsdiqlənən şəhər baş planı kimi xüsusi əhəmiyyət daşıyır. Baş Plana əsasən, Ağdam müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Şəhərdə beş yaşayış məhəlləsinin yaradılması, sosial obyektlərin, müasir infrastrukturun qurulması nəzərdə tutulub.

Ağdamın kəndlərində də quruculuq işləri aparılır.  Təsadüfi deyil ki, 2026-cı il iyulun 14-də Azərbaycan və Slovakiya prezidentləri Baş Qərvənd kəndində görülən işlərlə tanış olublar.

Ağdamın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi, istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması mühüm yer tutur. Bu baxımdan Ağdam Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan sənaye parkı 190 hektar ərazini əhatə edir. Parkın əsas məqsədi Qarabağın sənaye potensialını reallaşdırmaq, yerli istehsalı genişləndirmək, sahibkarlığı dəstəkləmək və əhalinin məşğulluğunu təmin etməkdir. Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkənin ikinci böyük sənaye parkıdır.

Ağdamın dirçəlişində nəqliyyat infrastrukturunun inkişafı da mühüm yer tutur. Bərdə-Ağdam avtomobil yolunun istifadəyə verilməsi, dəmir yolu xəttinin çəkilməsi və yeni nəqliyyat qovşaqlarının yaradılması şəhərin ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Həmçinin 2025-ci il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı keçirildi.

Ağdamın tarixi-memarlıq irsinin qorunması istiqamətində də mühüm işlər görülür. Ağdam Cümə məscidinin, Qiyaslı məscidinin, Pənahəli xanın İmarət kompleksinin bərpası, Şahbulaq qalasının qorunması və digər layihələr şəhərin tarixi simasının yenidən canlandırılmasına xidmət edir.
Ağdamın bərpasının ən mühüm nəticəsi, şübhəsiz ki, insanların doğma torpaqlarına qayıtmasıdır. Çünki şəhərin və kəndlərin yenidən qurulmasının əsas məqsədi burada həyatın bərpası,  insanların öz torpaqlarında əbədi yaşamasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 20 Noyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see393

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see369

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see310

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see289

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see285

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see278

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see267

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see260

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see259

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see246

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see233

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see230

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see227

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see225

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see225

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see222

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see218

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see213

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see213

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri