Icma.az
close
up
RU
“44” bədii filmi hərb tariximizin əbədiləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir”

“44” bədii filmi hərb tariximizin əbədiləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsindən bəhs edən “44” bədii filminin çəkilişləri başa çatıb və filmin yaxın vaxtlarda nümayişi nəzərdə tutulur. Bir müddət bundan öncə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında filmlə bağlı paylaşım edib, ictimaiyyəti mövcud yeniliklə bağlı məlumatlandırıb.

Filmlə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, bu cür filmlərin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi zəfərin tarixiləşdirilməsi və təbliği baxımından olduqca önəmli olduğunu vurğulayıb:

“Təbii ki, “44” bədii filmi, eləcə də gələcəkdə bu müstəvidə çəkiləcək filmlər Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin əbədiləşdirilməsi və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu cür filmlər hərb tariximizə işıq salmaqla yanaşı, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği, ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz igidliklərin gənc nəsillərin, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında həlledici rol oynayır.

Heç kimə sirr deyil ki, müasir dünyamızda kino istənilən ideya və hadisənin təbliğində ən kütləvi vasitələrdən biri hesab edilir. Hadisə və proseslərin bədii şəkildə, obrazlı formada diqqətə çatdırılması bu olayların yaddaşlarda daha uzunmüddətli qalmasını təmin edir. Bu baxımdan “44” bədii filminin gənc nəsillərlə yanaşı, həm də gələcək nəsillər arasında vətənpərvərlik tərbiyəsinin güclənməsi baxımından  önəmli rol oynayacağı şübhəsizdir. Düşünürəm ki, “44” bədii filmi dövlətimizin və Azərbaycan kinosunun Vətən müharibəsi qəhrəmanlarına, şəhid və qazilərə sevgi və ehtiram nümunəsidir.

Mən filmin ərsəyə gəlməsində əməyi olan hər kəsi bu böyük uğur münasibətilə təbrik edir, onlata gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram. Həmçinin, inanıram ki, “44” bədii filmi yaxın gələcəkdə Vətən müharibəsindən bəhs edən digər filmlərin ərsəyə gəlməsinə mənəvi baxımdan sitimul verəcək, aktyor və yazıçılarımızı, sənət adamlarımızı bu mövzuya daha çox diqqət ayırmağa həvəsləndirəcək”.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Avqust 2026 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri