Ağdam Teatrında yeni tamaşanın məşqlərinə başlanıldı
Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağdam Dövlət Dram Teatrında yeni səhnə işi üzərində hazırlıqlara start verilib.
Kulis.az xəbər verir ki, teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Əli Əmirlinin “Səhnədə məhəbbət” əsəri əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.
Teatrın repertuar və dramaturgiya üzrə mütəxəssisi Habil İsmayılovun verdiyi məlumata görə, eksperimental musiqili-komediya janrında səhnələşdirilən tamaşa səhnə ilə real həyat arasındakı sərhədləri, sənət adamlarının daxili dünyasını və yaradıcılıq prosesində yaşanan ziddiyyətləri əks etdirir.Əsərdə hadisələr teatr mühitində cərəyan edir. Tamaşanın hazırlanması prosesi fonunda aktyorların səhnədə canlandırdıqları rollarla şəxsi həyatlarında yaşadıqları hisslər arasında paralellər və toqquşmalar üzə çıxır. Bu isə səhnə əsərinə həm dramatik, həm də ironik çalarlar bəxş edir.
Tamaşanın quruluşçu rejissoru Racu Şıxlıdır. Səhnə əsərinin quruluşçu rəssamı Qönçə Həzizadə, işıq rəssamı Anar Şükürov, bəstəkarı Azər Şükürov, səs rejissoru Elşən Cəfərov, rejissor assistenti isə Xaliq Abdullazadədir. Rolları Afəridə Sabirqızı, Anar Əhməd, Qalib Abdullazadə, Xəyalə Xudadatova, Fərhad Fərhadzadə və Teymur Kərimov ifa edirlər.



Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum oldu
Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...
"Allahın ətəyinə boşaltdım çanta-çanta şifahi qarğışları…" - Fərqanə Səfərlinin şeirləri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 29 Aprel 2026 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















