Icma.az
close
up
RU
Ağdam Teatrının səhnəsində ilk dəfə fərqli üslubda tamaşa nümayiş ediləcək

Ağdam Teatrının səhnəsində ilk dəfə fərqli üslubda tamaşa nümayiş ediləcək

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 22 oktyabr, AZƏRTAC

Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda - multimedial tamaşa nümayiş ediləcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.

Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gələn eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə və Behbud Əsgərov ifa edirlər.

Əsər 44 günlük Vətən müharibəsi dönəmində arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə - müharibənin ilk 10 günlüyündə qələmə alsa da quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə edib. Belə ki, R.Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləyib, rejissor yozumunda əsərin finalını zəfərə qədər gətirib çıxardıb.

Fərqli janrda – psixoloji-ictimai-patriotik ailə dramı olaraq öz səhnə həllini tapmış əsər ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin fərqli hadisələr və ruh halları fonunda yaratdığı təəssüratı korrekt təqdim etməyə çalışır.

Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilib. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru “Ümüd” mükafatçısı Anar Əhməddir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:360
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Oktyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri