Ağdam və Ağdərədə geniş ərazi yanır
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağdam və Ağdərə rayonlarının işğaldan azad edilən ərazilərində yanğın baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, yanğın hadisəsi Xaçınçayı boyunca yerləşən Ağdam rayon Əlağalı və Yeni Qaralar kəndləri ərazisindən başlayıb.
Geniş əraziyə yayılan yanğın Ağdərə rayonu Qazançı və Sırxavənd kəndi ərazilərinə qədər yayılıb.
Əsasən ot və kol bitkilərinin yanması nəticəsində alov daha da geniş ərazilərə yayılır.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə 50 nəfərdən ibarət şəxsi heyət xüsusi vasitələrlə yanğının meşə ərazisinə keçməsinin qarşısını almağa çalışırlar.
Hazırda yanğın davam edir.

FHN: Ağdam və Ağdərədə açıq ərazidə yanğın nəzarətə götürülüb
23 İyul 2025 14:49
Ağdam və Ağdərədə yanğın olan ərazidə sursatlara rast gəlinir VİDEO
23 İyul 2025 08:47
Ağdam və Ağdərədə meşəlik ərazidə yanğın başlayıb İki helikopter havalanıb
23 İyul 2025 09:28
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib FOTO VİDEO YENİLƏNİB
21 Avqust 2025 21:27
Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə dağlıq ərazilərdəki yanğınlarla bağlı SON VƏZİYYƏT
25 İyul 2025 17:46

