Ağdam, Xocalı, Xankəndi və Ağdərədə dövlət və özəl qurumların əməkdaşları minalarla bağlı maarifləndiriliblər
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam, Xocalı, Xankəndi və Ağdərə rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları üçün partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbirləri həyata keçirib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib.

Xankəndi, Xocalı və Ağdərədə şagirdlər sevindi FOTO
28 Dekabr 2024 15:26
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar endirildi Fotolar
26 Fevral 2025 09:54
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
07 İyun 2025 08:08
Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür RƏSMİ
02 İyun 2025 12:06
Xankəndi, Xocalı və Ağdərədə uşaqlara bayram sovqatı paylanılıb AZƏRTAC
28 Dekabr 2024 16:08

