Ağdama köçürülmüş sakinlərdən 1150 dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Ağdam rayonunun Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin sakinlərdən artıq 1154 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.
Onlardan 1119 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, 86 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb), 35 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.
Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramı müəyyən edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















