Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 20 noyabr, AZƏRTAC
20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə rayonun sosial-iqtisadi inkişaf göstəriciləri açıqlanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, noyabrın 20-də işğaldan azad edilən Ağdam rayonunda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri davam etdirilir. Bununla yanaşı, rayonda sənaye, kənd təsərrüfatı və digər iqtisadi sahələrin inkişafı istiqamətində tədbirlər həyata keçirilir.
Bu ilin yanvar-oktyabr aylarında Ağdam rayonunda 959 milyon 305,6 min manatlıq sənaye məhsulu istehsal olunub.
Hesabat dövründə kənd təsərrüfatı məhsullarının ümumi istehsal dəyəri 246 milyon 914,2 min manat təşkil edib. Bunun 159 milyon 90,7 min manatı bitkiçilik, 87 milyon 823,5 min manatı isə heyvandarlıq məhsullarının payına düşüb.
Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 494 milyon 370 min manat investisiya yönəldilib.
Qeyd edək ki, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü kimi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Noyabr 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















