10 ayda 58,5 milyard manatlıq sənaye məhsulu
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Sənaye sektorunda cari ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz az sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatında bildirilib ki, emal sənayesində bu ilin yanvar-oktyabr aylarında 18 milyard 995,1 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz çox məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Emal sənayesində cari ilin yanvar-oktyabr aylarında daha çox artım avtomobil, qoşqu və yarımqoşquların istehsalı (+77,2 faiz), toxuculuq sənayesi (+50,9 faiz), əczaçılıq məhsullarının istehsalı (+47,4 faiz), tütün məmulatlarının istehsalı (+15,1 faiz), kağız və karton istehsalı (+14,6 faiz), elektrik avadanlıqlarının istehsalı (+9,2 faiz), rezin və plastik kütlə məmulatlarının istehsalı (+6,6 faiz), metallurgiya sənayesi (+6,4 faiz), qida məhsullarının istehsalı (+5,4 faiz), tikinti materiallarının istehsalı (+4,5 faiz) sahələrində olub.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 14 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















