Ağdamda fəaliyyət göstərən müəssisələrə mediatur
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Ağdamda əməyin mühafizəsinə dair müəssisələrə mediatur təşkil edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Vətən Müharibəsinin 5-ci ildönümünə həsr olunmuş mediaturda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi də iştirak edib.
Mediaturun məqsədi işğaldan azad edilmiş ərazilərdə əməyin mühafizəsi sahəsində görülən işlər və müəssisələrdə yaradılmış təhlükəsiz iş şəraiti barədə ictimaiyyətin məlumatlandırılması olub.
İştirakçılara Xidmət tərəfindən əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tərəfdaş qurumlarla birgə cari ildə 135 işəgötürəni və 4 700-ə yaxın işçini əhatə edən 46 maarifləndirmə tədbirinin keçirildiyi diqqətə çatdırılıb.
Həmçinin media nümayəndələri Ağdamda fəaliyyət göstərən “Tabaterra” MMC, “BAFCO İnvest” MMC və “Eel Electric” MMC-də əməyin mühafizəsi və sağlam iş mühitinin yaradılması ilə bağlı həyata keçirilən qabaqlayıcı tədbirlərlə yerində tanış olublar.
Mustafa KAMAL
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 26 Sentyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















