Ağdamda sel Yollar yuyuldu, qaz xətti zədələndi+Fotolar
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağdam rayonunda Xaçınçay çayında suyun səviyyəsinin yüksəlməsi nəticəsində yaranan sel suları yaşayış məntəqəsində ciddi fəsadlara səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində çayda suyun səviyyəsi artıb.
Sel suları Ağdamın Xaçınçay qəsəbəsini rayon mərkəzi ilə birləşdirən avtomobil yolunun bir hissəsini yuyaraq nəqliyyatın hərəkəti üçün təhlükə yaradıb.
Təbiət hadisəsi nəticəsində yaşayış evlərinə gedən qaz xətti də zədələnərək sıradan çıxıb. Bundan əlavə, sel sularının yaşayış evlərinə yaxınlaşması ərazidə təhlükəli vəziyyət yaradıb.
Hazırda hadisə yerinə aidiyyəti qurumların texnika və canlı qüvvəsi cəlb olunub. Təhlükənin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Ziya Əmirxanlı







Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 17 İyun 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















