Ağdamda sənaye məhsullarının dəyəri ötən il 17 dəfədən çox artıb
Icma.az, 525.az portalına istinadən məlumat verir.
2025-ci ildə Ağdam rayonunda 1 milyard 2 milyon 670,3 min manat dəyərində sənaye məhsulu (işlər, xidmətlər) istehsal edilib.
525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 17,4 dəfə çoxdur.
Bunun 973 milyon 26,5 min manatı (29,4 dəfə çox) emal sənayesinin, 20 milyon 545,5 min manatı (15,6 % çox) elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının, 7 milyon 571,7 min manatı (66,3 % çox) mədənçıxarma sənayesinin, 1 milyon 526,6 min manatı (29 % az) su təchizatı, tullantıların təmizlənməsi və emalının payına düşüb.
Hesabat dövründə rayon ərazisində 13 milyard 474,2 milyon ədəd siqaret (istehsal olmayıb), 75 ədəd üstü geyim (olmayıb), 240,7 min cüt ayaqqabı (2,2 dəfə çox), 169,2 min ton beton (27,8 % az), 2 min 790 ədəd döşək (8 dəfə çox) istehsal edilib.
2025-ci ildə Qarabağ iqtisadi rayonunda (Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər rayonları, Xankəndi şəhəri) cəmi 1 milyard 328 milyon 598,1 min manatlıq (4,2 dəfə çox) sənaye məhsulu istehsal edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 10 Oktyabr 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















