Ardanın yeni maaşı açıqlandı
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real Madrid”lə müqaviləsini 2032-ci ilədək uzadan Arda Gülərin yeni maaşı bəlli olub.
Axar.az Mətbuat.az-a istinadən xəbər verir ki, İspaniyanın “La Razon” nəşri müstəqil futbol maliyyəsi və maaş bazası “Capology”yə istinadən futbolçunun qazancının iki dəfə artırıldığını yazıb. Məlumata görə, əvvəllər ildə 5,21 milyon avro maaş alan Arda Gülər yeni müqavilə ilə 10,42 milyon avro qazanacaq. Bildirilir ki, Ardanın bonuslar da daxil olmaqla illik gəliri 13,02 milyon avroya çata bilər.
Xəbərdə deyilir ki, Türkiyə millisinin üzvünün həftəlik qazancı 200 min avronu ötəcək. Yeni maaşla Arda Gülərin qazancı Yan Diomande, Denzel Damfriz və Ferland Mendinin gəlirləri ilə eyni səviyyəyə yüksəlib.
Bildirilib ki, “Real Madrid”in baş məşqçisi Joze Mourinyo da müqaviləsini yeniləyən Arda Gülər haqqında müsbət fikirlər səsləndirib. O, Ardanın klubda uzun müddət qalmaq istədiyini və müqavilənin uzadılmasının təbii addım olduğunu bildirib.
Qeyd edək ki, bundan öncə Arda Gülərin illik maaşının 8 milyon avroya qədər artacağı barədə məlumat yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 20 Noyabr 2026 21:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















