Icma.az
close
up
RU
Ağdamda yeni paytaxt inşa etmək olar Deputat

Ağdamda yeni paytaxt inşa etmək olar Deputat

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, paytaxtı Xankəndiyə köçürmək barədə də düşünmək lazımdır. Onun fikrincə, bu, siyasi və iqtisadi səmərəlilik, Bakının yükünün azaldılması baxımından əhəmiyyətli olar.

Paytaxt Xankəndiyə köçürülə bilərmi?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Hikmət Babaoğlu bildirdi ki, paytaxtın Bakıdan köçürülməsi ilə bağlı vaxtaşırı müəyyən ideyalar, müəyyən fikirlər ictimai rəyin dövriyyəsinə gəlir:

"Bu, səbəbsiz deyil. Çünki Bakının yarımadada yerləşməsi onun kommunikasya imkanlarını məhdudlaşdırır. Bakı şəhərinin iqliminin yarısəhra iqlimi olması da paytaxtımızın oksigenlə təminatında müəyyən problemlər yaradır. Nəticə etibarilə insanların hava alması üçün, normal oksigenlə təmin olunması üçün atmosferin tərkibində udduğumuz havada 22 faizə qədər oksigen olmalıdır. Amma çox təəssüf ki, Bakıda yüksək təpəliklərdə, Yasamal, Günəşli kimi və s. ən zəngin oksigenlə təmin olunmuş zonalar hesab olunur.

Paytaxtımızda oksigen təminatı 18 faiz, bir qədər də aşağıdır. Klassik paytaxtda bir az çökəkliyə endikdə 16 faizə qədər düşür. Özü-özlüyündə nəfəs almaq üçün normal mühit deyil. Bu faktorlar paytaxtımızın köçürülməsi ilə bağlı fikirlərə müəyyən əsas qazandırır. Amma eyni zamanda biz bilirik ki, Bakı Azərbaycanın ən böyük liman şəhəridir. Elm, sənaye mərkəzidir. Bakının bugünkü inkişafını şərtləndirən tarixi amillər olub. Ona görə də biz paytaxtın harasa köçürülməsinə ancaq paytaxtın köçürülməsi kimi baxa bilmərik. Bütün nüanslar nəzərə alınıb, təhlil edilməklə zərurət yaranarsa, paytaxtımızın köçürülməsi məsələsi mümkün ola bilər. Doğrusu, mən də paytaxtımızın köçürülməsinin tərəfdarı olanlardanam. Şübhəsiz ki, kontinental ölkələrdə, yəni okeana çıxışı olmayan ölkələrdə paytaxtın ölkənin coğrafi mərkəzinə köçürülməsi barədə düşünülür. Mənə elə gəlir ki, Azərbaycanın da coğrafi mərkəzi Qarabağ və Şirvan ərazisinə düşür. Buna görə mümkündür ki, paytaxt köçürülsün. Amma mənə elə gəlir ki, Xankəndi artıq formalaşmış bir şəhərdir. Oranın paytaxt edilməsi üçün müəyyən ciddi yenidənqurma işlərinə ehtiyac yaranacaqdır. Amma halbuki hazırkı Xankəndidə 50 min insanı yerləşdirmək olar. Paytaxt kimi nəzərdə keçiriləcəkdə isə Xankəndi yenidən inşa olunmalıdır".

Deputat bildirdi ki, Ağdam haqqında paytaxt kimi düşünmək olar.

"Belə bir qərar verilərsə, sıfırdan yaradılan Ağdamın infrastrukturu, genişlənmə perspektivi, sənaye perspektivləri və s. yenidən qurulan bir şəhərdə tamamilə nəzərdə tutula bilər ki, indi yaşadığımız problemləri 100 il sonra yaşamayaq. Ağdamın ərazisi böyük düzənlikdir. Böyük düzənlikdə 4 tərəfə çıxış təmin etmək olar. Məhz paytaxt üçün nəzərdə tutulan yeni paytaxt inşa etmək olar" - deyə H.Babaoğlu bildirdi.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Mart 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see413

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see253

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see250

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see233

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see233

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see233

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see232

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see230

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see229

Payızda dəriyə qulluq necə edilməlidir?

18 Sentyabr 2026 11:25see228

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see225

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see222

Əhliman Əmiraslanovun sədrliyi ilə Səhiyyə komitəsinin ilk iclası keçirildi FOTOLAR

18 Sentyabr 2026 10:36see215

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see214

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see213

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see210

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see209

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see203

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see193

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri