Icma.az
close
up
RU
Ağdamın işğaldan azad olması dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi

Ağdamın işğaldan azad olması dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Qafqazın "Xirosiması, "ruhlar şəhəri" adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı. Bu, dövlətimizin böyük hərbi və diplomatik qələbəsi idi. Bununla da 30 ilə yaxın işğal altında olan Ağdam erməni qəsbkarlardan azad edildi. Azərbaycan Prezidentinin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 noyabr tarixi Ağdam şəhəri günü kimi qeyd olunur.

Azərbaycanın ən böyük rayonlarından biri olan Ağdam Qarabağın mərkəzində, Qafqaz silsiləsinin şimal-şərq yamaclarında, Kür-Araz ovalığının qərbində yerləşir və daim bölgədə mühüm rol oynayıb. Eyni zamanda işğal müddətində ən çox dağıntılara, vandallığa məruz qalan ərazilərimizdən biri olub. Qeyd etmək lazımdır ki, Ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində Ağdamın tamamilə işğalına yol verilmədi. Rayonun 1 şəhəri və 89 kəndi ermənilərin əlinə keçmişdi. Onlar rayonun işğal altında olan hissəsini tamamilə dağıdıb, yerlə-yeksan edib, yer üzündən silmişdilər. Ağdamın qalan hissəsində dağıdılmış kommunikasiyalar bərpa edildi, həyat üçün zəruri şərait yaradıldı. Ərazisinin üçdə ikisi itirilsə də, Ağdam rayon kimi yaşadı, ağdamlılar isə qurub-yaratmaq ənənələrini davam etdirdilər.

BMT Təhlükəsizlik Şurası Ağdamın işğalı ilə bağlı 853 saylı qətnamə qəbul etsə də, erməni işğalçıları digər qətnamələr kimi onu da icra etmədilər. Münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu, beynəlxalq birliyin digər subyektləri Ermənistana işğala son qoymaq, qətnamələri yerinə yetirmək üçün heç bir çağırış, təzyiq etmədi. Ermənilər isə işğaldakı şəhər və rayonlarımızı vəhşicəsinə dağıtmaqda, talamaqda davam etdilər. Britaniyalı jurnalist Tomas de Val 2000-ci illərdə yazdığı "Qara bağ" kitabında erməni vandalizmi faktlarını qeyd edərək, Ağdamı "Qafqazın Xirosiması" adlandırmışdı. 2010-cu ildə isə "Əl-Cəzirə" Ağdamı "ruhlar şəhəri" siyahısına daxil etdi.

Ancaq Ağdam həm də qəhrəman şəhər adlandırılır. Çünki ağdamlılar sonadək qəhrəmancasına vuruşdular. Birinci Qarabağ müharibəsi dövründə Ağdam 6 mindən çox şəhid verib. 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri 1993-cü il iyulun 23-də erməni qəsbkarları tərəfindən işğal edildi.

İşğalçı erməni silahlı birləşmələri digər ərazilərimizdə olduğu kimi, Ağdamda da şəhərin qədim keçmişin şahidi olan çox sayda tarixi abidələrini, mədəni irsini, memarlıq nümunələrini, keçmiş SSRİ-də birinci, dünyada ikinci olan Çörək Muzeyini vəhşicəsinə dağıtdılar, insanların əmlaklarını qarət etdilər.

Erməni terrorçuları Ağdamın işğalı zamanı hərbi cinayətlər törədiblər. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.

2020-ci il noyabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Ağdam şəhərində olublar. Dövlət başçısı Ağdamda Azərbaycanın üçrəngli bayrağını qaldırıb. 27 ildən sonra işğaldan azad olunan Ağdamda indi dövlət bayrağımız qürurla dalğalanır.

Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən, Ağdamda böyük bərpa-quruculuq işləri aparılır. Ağdama yeni nəfəs, yeni həyat qayıdır. Ağdamda ilkin mərhələdə 1 şəhər və 12 kəndin bərpası nəzərdə tutulur. Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərində 2024-cü ilin sonuna kimi işlərin birinci mərhələsinin yekunlaşdırılması planlaşdırılır. 2026-cı ilin sonunadək Ağdam şəhərinə və ətraf kəndlərə, ümumilikdə, 42 min insanın köçürülməsi qarşıya məqsəd qoyulub.

Ermənilərin Ağdamdakı cinayətləri bölgəyə səfər edən müxtəlif ölkələrdən olan siyasətçilər, rəsmilər, səyyahlar, media nümayəndələri tərəfindən də heyrətlə qarşılanıb. Bu cinayətlərin müəllifi olan Ermənistan əlbəttə ki, məsuliyyətdən azad ola bilməz. Ermənistan dövləti işğal müddətində həm insanlarımıza, həm şəhərlərimizə, kəndlərimizə, mədəniyyətimizə, tarixi, dini abidələrimizə qarşı dəhşətli cinayətlər törədib. Bununla da bütün bütün müvafiq beynəlxalq konvensiyaları pozub. Azərbaycanlılara qarşı cinayətlər törətmiş bir çox erməni caniləri lbu gün öz əməllərinə görə qanunlar çərçivəsində mühakimə olunur. Ermənistan dövləti də beynəlxalq məhkəmə qarşısında öz əməllərinin layiqli cavabını almalıdır.

Həmidə Ələfsərova 

Kimya-biologiya təmayüllü Respublika liseyinin həkim-pediatrı, Nizami rayon fəalı


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://missiya.az
archiveBu xəbər 18 Noyabr 2024 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri