Ağdamın Kəngərli kəndində daha 48 ailəyə evlərinin açarları təqdim olunub FOTO
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Ağdam, 27 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Mayın 27-də Böyük Qayıdış proqramı çərçivəsində doğma yurduna yola salınan köç karvanı Ağdamın Kəngərli kəndinə çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə köçürülən 206 nəfərdən ibarət 48 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 May 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















