Icma.az
close
up
RU
Ağdamın Qarabağın ən böyük, Azərbaycanın ən müasir şəhərlərindən biri olacaq

Ağdamın Qarabağın ən böyük, Azərbaycanın ən müasir şəhərlərindən biri olacaq

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Noyabrın 20-si Azərbaycan tarixində xüsusi önəm daşıyan günlərdən biri olan Ağdam Şəhəri Günüdür. Bu gün işğaldan azad olunmuş Ağdamın dirçəlişini, xalqımızın yenilməz iradəsini, dövlətimizin gücünü və Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasətini ifadə edir. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən Şəhər Günləri sırasında 20 noyabrın Ağdam şəhəri günü kimi qeyd olunması bu torpağın tariximizdəki qürurlu yerini bir daha təsdiqləyir".

Bunu 525.az-a millət vəkili Fatma Yıldırım deyib. O bildirib ki, Vətən müharibəsində Azərbaycan Ordusunun misilsiz şücaəti, dövlətimizin qətiyyəti nəticəsində 10 noyabr 2020-ci il bəyanatı ilə Ermənistan Ağdamdan çıxmağa məcbur oldu. 20 noyabr 2020-ci il Ağdamın yenidən doğulduğu gündür. Bu tarixi qayıdışda Prezident İlham Əliyevin siyasi iradəsi və Azərbaycan əsgərinin qəhrəmanlığı həlledici rol oynadı. “Ağdamın azad olunmasına görə” medalı ilə minlərlə igid döyüşçümüzün təltif olunması isə bu qəhrəmanlığın əbədiləşdirilməsidir: 

"Ağdam işğaldan azad edilən ərazilər arasında ilk təsdiqlənmiş Baş Planla yenidən qurulur. Şəhər 100 min əhalisi olan müasir bir mərkəzə çevriləcək. Artıq beş məhəllədən ibarət şəhərsalma modeli üzrə tikinti işləri sürətlə davam edir, kəndlər bərpa olunur, yollar çəkilir, ərazilər minalardan təmizlənir. 2025-ci ilin oktyabr ayına qədər 825 ailə, 3318 nəfər Ağdama geri dönmüşdür. Bu, Böyük Qayıdışın ən real ifadəsidir.

Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan 190 hektarlıq Ağdam Sənaye Parkı artıq ölkənin ən böyük sənaye zonalarından biridir. 

2025-ci ilin mayında açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi bölgənin nəqliyyat xəritəsini tamamilə dəyişir və bu kompleks Qarabağın mühüm nəqliyyat qovşağı olacaq. Eyni tarixdə açılışı olmuş Ağdam Muğam Mərkəzi isə mədəni həyatımızın yeni mərhələsidir. 474 yerlik zalı, amfiteatrı, dərs otaqları ilə bu mərkəz Qarabağın musiqi beşiyi olan Ağdamda muğam sənətinin yenidən çiçəklənməsinə xidmət edir.

Bu gün Ağdam dirçəlişin, inkişafın, qayıdışın rəmzidir. Bu gün dövlətimiz güclü, ordumuz qüdrətli, xalqımız bir yumruq kimidir. Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq və o, Qarabağın ən böyük, Azərbaycanın ən müasir şəhərlərindən biri olacaq".

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Noyabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri