Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, doqquz nəfər saxlanılıb
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdaş rayonunda polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində doqquz nəfər saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı Ağdaş rayon sakinləri olan doqquz nəfər - Anar Abdullayev, Niyazi İsmayılov, Nicat Məmmədov, Vüqar Kərimov, Qadir Qədirov, Pərviz Rəhimov, Gəray Əliyev, Tural Muradov və Sakit Baxışov saxlanılıblar. Onlardan üç kiloqrama yaxın marixuana aşkar olunub.
Faktlarla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Bu mövzuda digər xəbərlər:Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat
14 İyun 2025 14:46
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
09 Yanvar 2026 20:49
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib, iki nəfər həbs olunub
10 Yanvar 2025 11:04
Ağdaşda ƏMƏLİYYAT: 9 nəfər tutuldu
22 Yanvar 2025 10:36
Baxış sayı:157
Bu xəbər 22 Yanvar 2025 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















