Ağdərədə 4 nəfərin ölümü ilə nəticələnən ağır yolnəqliyyat hadisəsi baş verib
Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdərə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Mitsubishi" markalı minik avtomobilinin aşması nəticəsində 4 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Qəzada həyatını itirənlər Kərimov Asəf Raquf oğlu, Məmmədov Samir Mətləb oğlu, Həsənov Mütalib Telman oğlu, Alxanov Sərdar İmran oğludur.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Zülfüqarov İlkin Qurban oğlu isə ağır vəziyyətdə Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır./APA

