Icma.az
close
up
RU
“Budedə məni tanımayan qalmadı”

“Budedə məni tanımayan qalmadı”

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

"Bude/Qlimt"in azərbaycanlı azarkeşi Qurban Hacıyevin mayın 22-də Norveçə yollanacağını xəbər vermişdik. Qurban mayın 30-da vətənə dönəcəyini söyləmişdi. O, səfər zamanı “Rusenborq” və “Vikinq” ilə oyunları izləyəcəyini də qeyd etmişdi.

Maraq üçün xatırladaq ki, “Bude/Qlimt” “Rusenborq”u darmadağın etsə (4:0) də, lider “Vikinq”ə 2:4 uduzub.
Qurbanın Norveç səfəri ilə bağlı təəssüratını öyrəndik:

“Hava limanında iki şəxs məni çox yaxşı qarşıladı. Onlardan biri Bude şəhərində media ilə məşğul olurdu. Digəri isə klub prezidentinin dostu idi. Dörd nəfərdən ibarət gənc bir qrup da yaxınlaşıb mənimlə şəkil çəkdirdi. Ümumiyyətlə, Bude çox balaca bir şəhərdi. Demək olar ki, şəhərdə məni tanımayan qalmadı. Hara gedirdimsə, adamlar yaxınlaşıb şəkil çəkdirirdi. Bəzən iki addım atırdım, üç nəfər yaxınlaşırdı, bir az gedirdim, bu dəfə dörd nəfər… Qızlar, uşaqlar, böyüklər - hamı maraqla yaxınlaşır, suallar verirdi. Hətta dedilər ki, “vhatsap” qruplarında mənim videolarımı paylaşırlar. Orda klubun kapitanı Ulrik Saltness ilə də görüşdüm. O, Patrik Berq ilə birgə kapitanlığı bölüşür. Məni görəndə “Azərbaycan” dedi. NRK və TV2 kimi Norveçin əsas kanalları da məndən müsahibə götürdülər. Oyun vaxtı və ondan əvvəl klub rəhbərliyi də mənlə maraqlanırdı. Hətta klubun prezidenti də dedi ki, Azərbaycan azarkeşləri çox maraqlı və enerjilidi. Prezidentin qızı da yaxınlaşdı, onunla da şəkil çəkdirdik. Ən xoş təəssürat yaradan məqam insanların səmimiyyəti oldu. Bəzən deyirlər ki, xaricdə bizi tanımırlar, amma bu səfər sübut etdi ki, sosial mediada fəalsansa və futbolu ürəkdən sevirsənsə, səni hər yerdə tanıyırlar. Oyundan sonra da uşaqlar yaxınlaşıb mənlə şəkil çəkdirdilər. Şəhərin mərkəzini 10-15 dəqiqəyə gəzməkolur.  İnsanlar isə son dərəcə mehribandı. Hətta bir pitsa restoranında türklər işləyirdi, çox isti münasibət göstərdi. “Vikinq”lə oyundan əvvəl olduğum restoranda klubun prezidenti də var idi. Qısası, Bede şəhəri kiçik olsa da, oranın insanlarının qəlbi böyükdü. Əhalisi 45-50 min civarındadı. İnanılmaz hisslər keçirdim. Təsəvvür edə bilməzdim ki, norveçlilər məni bu qədər sevəcək”.

ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyun 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see392

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see338

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see279

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see279

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see251

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see243

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see226

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see210

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see205

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see196

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see194

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see194

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see192

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see185

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see184

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see163

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri