Icma.az
close
up
RU
Ağdərədə Sadıkov Akopyan toqquşması: 2008 ci il, 4 mart...

Ağdərədə Sadıkov Akopyan toqquşması: 2008 ci il, 4 mart...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Azərbaycan hərb tarixinin ağır məqamlarla dolu bir səhifəsindən 17 il ötür.

Adalet.az xəbər verir ki, 4 mart 2008-ci il gecə saatlarında Ermənistan və Azərbaycan arasında baş vermiş toqquşma tarixə Ağdərə toqquşması və ya Tərtər hərbi təxribatı adı ilə düşdü. Keçmiş Ağdərə (Mardakert) rayonunun Göyarx kəndi ( (xəritədə Levonarx gedir) yaxınlığında ermənilərin kəşfiyyat-diversiya qrupu ordumuzun üzbəüz mövqelərini ələ keçirməyə cəhd göstərdi.
1994-cü ildə Ermənistanla Azərbaycan arasında imzalanan atəşkəs müqaviləsindən sonra müxtəlif miqyaslı bir çox qarşılıqlı hücumlar   baş vermişdi. Bunlardan ən böyüyü 2008-ci ildə Ermənistanda keçirilən prezident seçkilərindən dərhal sonra Ağdərədə baş verdi. Azərbaycanın verdiyi açıqlamaya görə, Ermənistan diqqəti Ermənistandakı prezident seçkilərindən sonra martın 1-də baş vermiş insan haqları pozuntularından yayındırmaq üçün atəşkəsi pozmaqla başqa səmtə yönləndirib.  

Ermənistanın verdiyi açıqlamaya görə, Ermənistanda seçkilərdən sonrakı daxili qarışıqlığı bir fürsət olaraq görən Azərbaycan, Ağdərə bölgəsinə ağır toplardan istifadə edərək gecə əməliyyatı həyata keçirdi.

Ermənistan Müdafiə Nazirliyi gecə yarısı bir açıqlama verərək Ağdərə bölgəsinin təmas xəttinin 3-4 saat ərzində Azərbaycanın nəzarətində olduğunu elan etdi və davam edən qarşıdurmalardan sonra bölgədə nəzarətin bərpa edildiyini bildirdi. Döyüş təxminən 15-00-dək davam etdi.

Toqquşmadakı mübahisəli məqamlar


1-ci mübahisəli məqam: Ermənistan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin mənbələrinə görə, münaqişə nəticəsində 2 erməni əsgəri yaralandı və 8 Azərbaycan əsgəri öldürüldü. Ermənistanın o zamankı prezidenti Robert Koçaryan da insident zamanı 2 hərbçisinin yaralanmasını təsdiqləşmişdi:“Hərbçilərimizdən 1-i əlindən güllə yarası alıb, digəri isə minaya düşərək ayağını itirib. Düşünürəm ki, biz insidenti unuda və təmas xəttində sakitliyi bərpa edə bilərik”.

Təbii ki, Köçəryan kimi avantürist, qisasçı, şovinist birinin sözlərinə inanmaqda düzgün deyil. Amma Ermənistan da balaca bir yerdi. Belə bir insidentlə bağlı itkiləri gizlətmək də mümkün deyildi. 12 erməni əsgərin məhv edildiyini bir müddət sonra İrəvandakı rəsmi dairələr təsdiqləmək məcburiyyətində qaldı. Çünki buna qədər Rusiyanın “Rossiya-24” telekanalı ermənilərin 12 hərbi qulluqçusunu itirməsi haqqında ilk xəbərləri dünyaya çatdırdı.

Digər tərəfdən, Azərbaycan Müdafiə Nazirliyi, ölkədəki qurumlara məlumat verdi ki, Ermənistandakı seçkilərdən sonra (1 mart parlament qırğını) gündəmi dəyişdirməyə çalışan erməni tərəfi, Azərbaycan ilə sərhəd bölgəsinə hücum etdi və başlayan qarşıdurmada 4 azərbaycanlı əsgər İsmayılov Bəhruz Arzu oğlu (1988-ci il təvəllüdlü, Şəki), Qasımov Yusif Oruc oğlu (1988-ci il təvəllüdlü, Şəki), Tusayev Nemət Həbibbulla oğlu (1988-ci il təvəllüdlü, Zaqatala) və Ceyhun Bahəddin oğlu Səfərov (1978-ci il, Bakı) şəhid oldu və 12 erməni əsgəri öldürüldü. Amma...Həmin gün Beynəlxalq Qırmızı Xaç təşkilatı isə Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi ərazidən 5 Azərbaycan əsgərinin cəsədini götürüb Azərbaycan tərəfinə təhvil verdi. Xatırladım ki, ermənilər 8 Azərbaycan əsgərinin öldürüldüyünü iddia edirdilər.


2-ci mübahisəli məqam: Bu toqquşmanı erməni tərəfi də, Azərbaycan tərəfi də öz qələsi kimi qeyd etdi. Amma həmin toqquşma zamanı düşməndən 1 sm –də torpaq alınmamışdı. Ermənilər isə 1993-1994-cü illərdə zəbt etdikləri ərazilərdən 1 sm -də geri çəkilmədi, üstəlik həmin postlarda daha da möhkəmləndilər.

3-cü mübahisəli məqam: Döyüşə başçılıq edən komandanlar: Qondarma Artsaxın müdafiə naziri Movses Akopyan (1965-ci ildə DQR , Xocavənd (Martun ) rayonunun Çartar kəndində anadan olub .) və bizdən isə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi.
Bu qarşıdurmadan sonra Rusiya və ABŞ Xarici İşlər Nazirliyi tərəfləri atəşkəs qaydalarına riayət etmələri barədə xəbərdar etdi, Ermənistan və Azərbaycan arasında vasitəçilik edən ATƏT-in Minsk qrupu isə münaqişəni pislədi.

Nəcməddin Sadıqov amili və döyüşün ugursuzluq "qanunauyğunluğu" - general -mayorun iddiaları

Yeri gəlmişkən, ötən il Müdafiə Nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının sabiq komandanı general-mayor Altay Mehdiyev Nəcməddin Sadıqovla bağlı sensasion məlumatlar yaydı: Ən uğurlu əməliyyatlarımızdan biri də, 2003-cü ildə rəhbərliym altında, düşmənin nəzarəti altında olan Buzqov dağı--Havuç kəndi arasında 70 kv.km yaxın ərazidə yerləşən bütün strateji hündürlükləri azad etməyimiz olmuşdur.
Dəhşətlisi ondan ibarətdir ki, keçirdiyim döyüş əməliyyatlarının ən qızğın vaxtında yeni azad etdiyimiz Buzqov dağında əməliyyatı idarə edərkən, o zaman Baş qərərgah rəisi vəzifəsində olan general Sadıqov N. mənimlə mobil telefonla əlaqə saxlayaraq, taktiki vəziyyətlə maraqlanmadan, araşdırmadan, çox acıqlı və qəzzəbli bir tərzdə :
- Siz haradasınıız ? Nə ilə məşğulsunuz ?
- Ön xətdə ! Müdafiə xəttini möhkəmləndirməklə !
- Hansı müdafiə xəttini möhkəmləndirməklə ? Bu dəqiqə Ermənistanın Baş qərərgah rəisi Arutunyan mənimlə əlaqə saxlayıb bildirdi ki, siz hücuma keçib "torpaqlarını" zəbt etmisiniz.
Yerevanda prezident aparatı qarşısında mitinq keçırılır. Mən sizə əmr edirəm -- Təcili olaraq əvvəlki mövqelərimizə qayıdın.
- OLDU ! - sözünü, 1974 - cü ildən hərbi xidmətdə olduğum bütün müddət ərzində söylədiyim qədər ürəkdən, böyük bir sevinc hissi, yüksək templə söyləməmişdim. Lakin onun "əmrinə" məhəl qoymadan Çox Uğurlu döyüş əməliyyatlarına rəhbərliyə davam etdim”.
General başqa bir statunda isə bunları yazırdı: Belə ki, 1993-cü ilin dekabr və 1994-cü ilin yanvar aylarında Tərtər istiqamətində briqada komandiri vəzifəsində xidmət edərkən, Müdafiə Nazirliyindən xəbərsiz, öz qərarımla, bir neçə kəndi azad etdiyimə görə general Sadıqov yanvar ayının 27 də general Vasyak və iki polkovniklə Tərtərə gələrək məni briqada komandiri vəzifəsindən uzaqlaşdırdı, azad etdiyimiz torpaqları isə qısa bir zamanda düşmənə təhvil verdilər”.
Qeyd edək ki, atəşkəs dövründə məhz bu toqquşmadan sonra Ağdamda hərbi təxribatlar (2009), Çaylı döyüşü (2010), erməni helikopterinin vurulması (2014), Avqust döyüşləri (2014), Odundağ əməliyyatı (2016-cı il yanvarın 25-26), Aprel döyüşləri (2016), Alxanlı faciəsi (2017), Günnüt əməliyyatı (2018), Tovuz döyüşləri (2020) baş verdi.

P.S. 1979–1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində taqım komandiri, bölük komandiri, tabor komandiri, alay komandirinin müavini vəzifələrində xidmət edən Azərbaycanlayaxındanuzaqdanheç bir əlaqəsiolmayan, ammaməlumolmayansəbəblərdən   1 fevral 1992-ciildə AzərbaycanOrdusunagələnNəcməddin Sadıkov burda “ildırım sürəti” ilə irəliləməyə başladı.Belə ki, 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini — Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində çalışdı. 2 noyabr 1993 – 28 yanvar 2021-ci ilə qədər isə Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini — Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifələrində ürəyi istədiyi kimi fəaliyyət göstərdi. Bütün xidmətləri nəzərə alınaraq N. Sadıkov general-polkovnik rütbəsinə layiq görülüb. Hazırda isə vəzifəsindən azad olunaraq ehtiyata buraxıldığı açıqlanıb.


Əntiqə Rəşid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Mart 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri