Icma.az
close
up
RU
Ağstafada “Fərqliyik, bərabərik” adlı tədbir keçirildi FOTOLAR

Ağstafada “Fərqliyik, bərabərik” adlı tədbir keçirildi FOTOLAR

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nə dair Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Qazax-Tovuz Regional Mədəniyyət və Təhsil İdarələrinin təşkilaçılığı ilə “3 dekabr – Beynəlxalq Əlillər Günü” ilə əlaqədar inklüziv və fərdi təhsilə cəlb olunan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Fərqliyik, bərabərik” adlı bədii-əyləncəli tədbir keçirilib.

"Unikal" xəbər verir ki, Ağstafa rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı qeyd edib ki, ölkəmizdə uşaqların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasını təmin edən dövlət uşaq siyasəti məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün zamanlarda Vətənimizin azad, müstəqil, işıqlı gələcəyi naminə uşaqların və gənc nəslin sağlam düşüncəli, vətənpərvər ruhda böyüməsi üçün gördüyü möhtəşəm işlərin nəticəsidir ki, bu gün biz böyük qürur hissi ilə Qalib, Suveren Azərbaycan Respublikasında yaşayırıq. Hazırda Ulu Öndərimizin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Bu məqsədyönlü siyasətin nəticəsidir ki, uşaqlarımız milli-mənəvi dəyərlərimizə, tarixi köklərimizə bağlı, vətənpərvər ruhda böyüyür, onların təhsili, təlim-tərbiyəsi düzgün təşkil olunur, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və cəmiyyətə fəal inteqrasiyası yüksək səviyyədə təmin olunur.

Tədbirin bədii hissəsində gənc müğənnilərin ifasında, Raul Qarayusibli - “Azərbaycan”, İslam Cəfərli - “Dostluq himni”, Rəhman Həsənli - “Qatar təsnifi”, Nur İlyaslı – “Bəri bax” mahıları, eləcə də Fəridənin və Ağstafa şəhər 5 nömrəli körpələr evi-uşaq bağçasının uşaqlarının nümayiş etdirdikləri müxtəlif rəqs kompozisiyaları tamaşaçılar rəğbətlə izləyiblər. Öz növbəsində şən kloun və sevimli nağıl qəhrəmanlarının personajlarının əyləncəli nömrələri də uşaqların böyük sevincinə səbəb olub.

Sonda RİH başçısı uşaqlarla xatirə şəkilləri çəkdirib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Dekabr 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri