Agentlik hərəkətə keçdi İstehlakçı aldadılıb
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
"AzPolitika" xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.
Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.
Bununla da "Araz Supermarket" "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 22 Sentyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















