Icma.az
close
up
RU
Agentlik: Şur Şahnaz ancaq Azərbaycana aiddir

Agentlik: Şur Şahnaz ancaq Azərbaycana aiddir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Əqli Mülkiyyət Agentliyi "Sarı gəlin" xalq mahnısının erməni mahnısı kimi təqdim edilməsini şərh edib.

Agentlikdən Ölkə.az-a verilən məlumatda bildirilib ki, bu günlərdə İran İslam Respublikasının televiziya kanalında müğənni və bəstəkar Araz Torosyan (Araz Dare) "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni və fars dillərində ifa edib.

Qeyd edilib ki, İranın bır sıra internet saytları ifa edilən "Sarı gəlin" Azərbaycan xalq mahnısını erməni mahnısı kimi təqdim edib:

"A.Torosyan "Sari gəlin" mahnısını özünün Youtube kanalında da "Sari Aghjik" erməni folklor mahnısı (https://youtu.be/32B9JfiAspQ?si=RMCahVTMoQjZGyx0) kimi paylaşıb.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi bəyan edir ki, "Sarı gəlin" xalq mahnısı Azərbaycan türklərinə məxsusdur. Agentliyin eksperti bəstəkar Cavanşir Quliyevin rəyinə görə, "Sarı gəlin" mahnısı "Şur" məqamında yazılıb. "Şur" məqamı Azərbaycan muğam sənətinin yeddi əsas məqamlarından biridir və milli musiqi məişətində ən çox istifadə olunur. Minlərlə Azərbaycan mahnısı bu məqam üzərində qurulub və tarix boyu bütün el şənliklərində ifa olunub. Janr etibarı ilə "Sarı gəlin" uzun havadır. "Uzun hava" türkdilli xalqların folklorunun tərkib hissəsidir. Janrdan gələn forma quruluşu isə başqa xalq mahnılarından fərqlənir: nəqarət yoxdur. Nəqarətin funksiyasını "Şur" muğamının "Şur-Şahnaz" şöbəsinə edilən modulyasiya icra edir. "Şur-Şahnaz" ancaq Azərbaycanda təşəkkül tapmış "Şur" dəsgahının əsas şöbələrindən biridir".

Vurğulanıb ki, Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun müəllifi olduğu, bir sıra dillərdə nəşr olunmuş "Erməni yadelli nağılları" kitabında erməni ədəbi oğurluqları, o cümlədən "Sari gəlin" xalq mahnısının erməniləşdirilməsi cəhdlərini ifşa edən faktlar geniş təhlil olunub.

Kitabda qeyd olunur ki, "1925-ci ildə Yerevanda Elm və İncəsənət İnstitutu yanında vəzifəsi xalq musiqisi və folklorunun toplanması və öyrənilməsi olan xüsusi bölmə yaradıldı. Bu bölməyə çoxsəsli klassik erməni musiqisinin banisi S.Komitasın (Soqomonyanın) şagirdi S.Məlikyan rəhbərlik edirdi.

Çoxsaylı erməni tədqiqatlarında "Erməni musiqisinin dahisi" kimi təqdim olunan S.Komitasın özü isə 1959-cu ildə çapdan çıxmış "Ensiklopedik musiqili lüğət"ə uyğun olaraq, dini musiqi ilə aludəçilikdən savayı, üç mindən artıq mahnını yazıya köçürmüşdür ki, hazırda onlardan 500-ə yaxını saxlanılır. Yazıya köçürülmüş həmin xalq musiqisindən biri "Yes keza tesa" adı altında erməni xalq mahnısı kimi verilmiş çox gözəl qədim Azərbaycan mahnısı "Sarı gəlin"dir ("Etnoqrafik toplu", c. 1, № 56). Başqa mahnılar sırasında o da S.Məlikyan tərəfindın Komitasın "Etnoqrafik toplusu"nda şərhlə nəşr olunmuşdur.

Bu kompilyasiya "SSRİ xalqları musiqisi tarixi"- ndə (c. 1, 1970) qeyd edildiyi kimi, sonralar bəstəkar K.Zaxaryanın işləməsində (təxminən ötən əsrin 30-cu illərində) verilmişdir. Bu musiqi oğurluğunun təkrarlanması ilə indi də qarşılaşırıq: həm müxtəlif xarici televiziya kanallarında, həm də xarici mətbuatda arabir sezdirilir ki, bu, "erməni xalq mahnısı"dır. Misal üçün, bu yaxınlarda "Avropa musiqi toplusu" tərtib olunarkən ermənilər bu musiqi incisini növbəti dəfə erməni mahnısı kimi keçirməyə nail olmuşlar. İnanılmazdır, ancaq faktdır ki, nə tərtibçilər və naşirlər, nə də bu mahnını təqdim edən ermənilər "Sarı gəlin" anlayışının etimologiyası ilə tanış olmamışlar.

"Sarı gəlin" sadəcə sarışın saçlı, nurlu, parlaq gəlin deyil, həm də onun gizli mənası vardır. Azərbaycan dilində "gəlin" "gəlmək" felindən yaranmışdır, "sarı" isə "bizə doğru", deməli, "bizə doğru gələn gəlin" deməkdir. Beləliklə də, "Avropa musiqi toplusu"nda erməniləşdirilmiş "Sarı gəlin" "Sarı rəngli gəlin" kimi qalmışdır. Hələ onu demirik ki, bənzərsiz "neylim-neylim" nəqarəti ("mən nə edim?" mənasında) bu nəşrdə latın hərflərində Azərbaycan dilində saxlanmışdır. Hər bir azərbaycanlıya aydın olan bu sözlərin mənası erməni plaqiatçılar üçün əlçatmaz olmuşdur. Onu da qeyd etmək lazımdır ki, erməni musiqisinin banisi Komitasın bu mahnının adını erməniləşdirmək cəhdləri əbəs olmuşdur. Ermənilər bu mahnını Azərbaycan orijinalında olduğu kimi "Sarı gəlin" adı ilə təqdim edir və oxuyurlar."

"Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsəməsi ilə bağlı hər bir fakt Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq izlənilir, araşdırılır və mənimsənilən mahnıların müəlliflərinin və ya onların vərəsələrinin pozulmuş müəlliflik hüquqlarının bərpasına köməklik göstərilir. Hər bir fakt üzrə Agentlikdə araşdırmalar aparılaraq, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır", - Agentliyin məlumatında qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Yanvar 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see297

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see252

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see247

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see246

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see240

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see237

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see235

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see235

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see219

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see214

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see201

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see201

Heç vaxt müflis olmayacaq BÜRCLƏR

27 Sentyabr 2026 03:44see200

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see199

Fransada insident: Sürücü avtomobili kütlənin üzərinə sürdü

27 Sentyabr 2026 03:26see197

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see196

Son 5 mövsümdə “Kəpəz”in ən uğurlu startı

27 Sentyabr 2026 00:35see192

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see185

Türkiyəli jurnalist saxta məlumat yaydığına görə həbs edilib

26 Sentyabr 2026 23:58see167

TikTokdan məhkəmədə şok etiraf: Uşaqları tətbiqə bağlayacaq şəkildə hazırlanıbmış

27 Sentyabr 2026 04:03see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri