Icma.az
close
up
RU
Agentliyinin dəstəyi ilə “Alternativ turizm məhsulu” layihəsinin icrasına başlanıldı

Agentliyinin dəstəyi ilə “Alternativ turizm məhsulu” layihəsinin icrasına başlanıldı

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

01.09.2022-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Alternativ turizm məhsulu” adlı layihənin icrasına start verildi. 

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və “Alternativ turizm məhsulu” layihəsinin rəhbəri Möhübbəli Nağıyev "Cebheinfo.az"-a verdiyi açıqlamada qeyd etdi ki, layihə Azərbaycan Respublikasında turizm sənayesinin potensial imkanları və inkişaf perspektivlari və regionlarda alternativ turizm məhsullarının inkişafı ilə Azərbaycan Respublikası Prezidenti Cənab İ. Əliyevin sərəncamlarına və "Regionların iqtisadi inkişafı üçün Yol Xəritəsi"-nə uyğun olaraq Dövlət Turizm Agentliyinin hazırladığı "2023-2026-cı illər üçün Turizm strategiyası"-nın tələbləri və eləcə də regional turizmin inkişafına Dövlət Dəstəyi proqramları ilə regionda turizm sahəsində çalışan sahibkarları və bu sahə ilə birbaşa və sıx əməkdaşlıq edən iş adamlarını (sahibkarları, sənətkarları) “Regional turizmin yeni mərhələsi və Alternativ turizm məhsulu” mövzusunda maarifləndirməkdən, Alternativ Turizmin inkişafı üçün həyata keçirilən fəaliyyəti və beynəlxalq təcrübələrə əsaslanan turizm sənayesinin yeni və müasir inkişaf proqramını əhali arasında təşviq etməkdən, nəticədə Dövlət qurumları, İctimai təşkilatlar və sahibkarlar arasında sıx əməkdaşlıq əlaqələrinin yaradılmasına dəstək olmaqdan bəhs edir. Bu gündən layihənin icrasına başlamışıq. İcra etdiyimiz layihənin əsas məqsədi Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində yaşayan və turizm sektorunda fəaliyyət göstərən, eləcə də, qeyd etdiyim sahə ilə birbaşa və sıx əməkdaşlıq edən sahibkarların iqtisadi və təşkilati mövzularda maarifləndirilməsindən, layihəyə cəlb olunan iştirakçıların müxtəlif dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri ilə görüşlərini təşkil etməkdən ibarətdir. Qeyd olunan layihə çərçivəsində təşkil olunan tədbirlərə 20-25 nəfər iştirakçılar cəlb olunacaq.

Fürsətdən istifadə edib, turizm sektorunda çalışan və bu sahəyə marağı olan sahibkarları və sənətkarları (fiziki və hüquqi şəxsləri) tədbirlərdə iştirak etməyə dəvət edirəm. Həmçinin qeyd edim ki, artıq qeydiyyat başlayıb və yerlər məhduddur. (Əlaqə vasitələri: Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, M. Müşfiq küçəsi 45B, Tel: (050) 5779859, e-mail: [email protected]).

Əlavə olaraq xatıelatmaq istərdim ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında yaradılmış və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Təşkilatın əsas fəaliyyət istiqaməti “Ölkədə yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), eləcə də, gənclərin, qadınların, əlillərin təşkilati-hüquqi, və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri