Icma.az
close
up
RU
Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? Yegerin oğlu dəstə yaradıb Yeni Gündəm

Ağgöl Milli parkında qanunsuz balıq ovu ilə kimlər məşğul olur? Yegerin oğlu dəstə yaradıb Yeni Gündəm

Icma.az, Yenigundem saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və dəstəsi İmişli rayonunda balıq monopoliyası yaradıb

“COB-29” kimi beynəlxalq ekoloji tədbirə təşkilatçılıq edən ölkəmizdə ekoloji soyrıqım həyata keçirilir.

AzFakt.comxəbər saytı ötən ay Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Ağgöl Milli Parkında qanunsuz balıq ovu ilə bağlı oxucularına məlumat vermişdir.

Həmin məlumatda qeyd edilirdi ki, Ağgöl Milli Parkından gündəlik tutulan balıqlar İmişli, Beyləqan və Ağcabədi və digər ətraf rayonların bazarlarında satılır. Brakonyerlik yolu ilə əldə edilib gizli satışa çıxarılan balıqların tonlarla olduğu bildirilir. Milli Parkın ərazisində həyata keçirilən brakonyerliyi isə qurumun bəzi əməkdaşları mütəşəkkil formada həyata keçirirlər.

Əldə etdiyimiz səhih məlumatlara görə Ağgöl Milli parkında brakonyerliyi qoruğun mühafizəsi ilə məşğul olan yegerlər edirlər. Parkda brakonyerlik fəaliyyəti ilə məşğul olan mütəşəkkil dəstənin əsas rəhbərinin isə yeger vəzifəsində işləyən Rahim Gəncəliyev olduğunu və onun gündəlik Ağgöl Parkından 200-250 kq balıq tutaraq müxtəlif şəxslərin vasitəsilə bazarlarda satışa çıxarır. Baş verən bu cinayət hadisəsinə isə aidiyyatı qurumlar, o cümlədən Ağgöl Milli Parkı rəhbərliyi “göz yumur”.

AzFakt.com-un əldə etdiyi məlumata görə Ağgöl Milli Parkında daimi qanunsuz balıq ovu ilə yeger Rahim Gəncəliyevin oğlu Məhəmməd Gəncəliyev və onun ortaqları məşğul olur. Məlumatda bildirilir ki, Məhəmməd Gəncəliyevin Ağgöl parkında rahatçılıqla brakonyerlik fəaliyyəti ilə məşğul olmasına şəraiti atası Rahim Gəncəliyev və Ağgöl Milli Parkının rəhbərliyidir. Bu belə olmasaydı M. Gəncəliyev Ağgöl Milli Parkında rahatçılıqla balıq ovu ilə məşğul ola bilməzdi.

Həmçinin Ağgöldə brakonyerlik fəaliyyəti ilə məşğul olan şəxslərin direktorun yaxın qohumları ilə əlaqəli olduğu bildirilir. Bu barədə növbəti yazımızda.

Xəzər Məhərrəmov

Qeyd edək ki, hazırda Ağ Göl Milli Parkının direktoru vəzifəsində işləyən Xəzər Məhərrəmov vaxtı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yol verdiyi ciddi nöqsanlara görə qurumdan çıxarılıb. Hətta Xəzər Məhərrəmovun qəsdlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçisi haqqında yalan məlumat yayması və buna görə inzibati qaydada tənbeh edilməsi ilə bağlı ETSN-nin rəsmi saytında məlumat yerləşdirilib.

Araşdırmalarımız davam edir.

Yazıda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 02 Fevral 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri