Icma.az
close
up
RU
Ağıllı irs layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

Ağıllı irs layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 aprel, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında həyata keçirilən “Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı” layihəsi müasir dövrdə milli-mədəni irsin qorunması və təbliği istiqamətində innovativ yanaşmanın nümunəsidir. 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar davam edən bu layihə, həm tarixi irsimizin dərin qatlarını üzə çıxarır, həm də süni intellekt texnologiyalarının imkanlarını nümayiş etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hazırlanmış təqdimatlar Azərbaycan memarlığının ən əhəmiyyətli nümunələrini əhatə edir. Bu sırada Möminə Xatun türbəsi, Qarabağlar türbəsi, Şəki Xan sarayı və Heydər Əliyev Mərkəzi kimi dünya əhəmiyyətli memarlıq abidələri yer alır. Hər bir təqdimat özünəməxsus məzmunda hazırlanaraq həmin abidələrin həm estetik, həm də tarixi dəyərini geniş auditoriyaya çatdırır.

"Möminə Xatun türbəsi – memarlıq və eşqin şah əsəri" adlı təqdimatda XII əsr Azərbaycan memarlıq məktəbinin nadir nümunələrindən biri olan bu abidənin memar Əcəmi Naxçıvani tərəfindən inşa edildiyi vurğulanır. Türbənin mürəkkəb həndəsi naxışları, yazıları və simvolik məna daşıyan ornamentləri süni intellekt vasitəsilə daha interaktiv və vizual şəkildə təqdim olunur.

"Naxçıvanın firuzəyi tacı: Qarabağlar türbəsi" kimi təqdim olunan material bölgənin memarlıq irsini yeni baxış bucağından işıqlandırır, Qarabağlar türbəsi timsalında bölgənin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasını diqqətə çatdırılır.

"Qafqazın memarlıq incisi" adlandırılan Şəki Xan sarayına həsr olunmuş təqdimat abidənin zəngin dekorativ elementlərini, şəbəkə sənətini və unikal tikinti texnologiyasını ön plana çıxarır. Süni intellekt vasitəsilə hazırlanmış vizual effektlər sarayın incə detallarını daha aydın şəkildə nümayiş etdirir.

Qərb və Şərq memarlıq mədəniyyətinin bariz nümunəsi olan “Heydər Əliyev Mərkəzi: Gələcəyə dəyərlərlə!" adlı növbəti təqdimatda innovasiya, dinamika və futuristik dizaynın harmoniyası əks olunur. Bu təqdimatda süni intellekt texnologiyalarından istifadə olunaraq binanın memarlıq fəlsəfəsi, beynəlxalq mükafatları və qlobal səviyyədə tanınması interaktiv formatda işıqlandırılır.

Layihənin əsas üstün cəhətlərindən biri təqdimatların süni intellekt vasitəsilə hazırlanmasıdır. Müasir texnologiyalar sayəsində böyük həcmli məlumatların sistemləşdirilməsi və vizual materialların yaradılması daha sürətli və keyfiyyətli şəkildə həyata keçirilir. Süni intellekt bu sahədə yalnız texniki vasitə deyil, həm də yaradıcı tərəfdaş rolunu oynayır: tarixi faktları araçdırır, vizual kompozisiyalar qurur və istifadəçiyə daha cəlbedici məzmun təqdim edir.

Bu cür layihələr göstərir ki, rəqəmsal texnologiyalar milli irsin qorunması və təbliğində mühüm rol oynayır.

"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi yalnız memarlıq abidələrinin tanıdılması ilə kifayətlənmir, eyni zamanda süni intellektin mədəniyyət sahəsindəki tətbiqinin uğurlu nümunəsini yaradır.

"Ağıllı irs: Azərbaycan memarlığının rəqəmsal təqdimatı" layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/our-activity/sehersalma-ve-memarliq-ili-ai yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Aprel 2026 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri