“Ağıllı Qoruq” inkişaf modeli operativ qərar verməyə imkan verəcək Aytac Əlisultanlı
Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İçərişəhər Azərbaycanın tarixinə şahidlik etmiş bəşəri dəyər, memarlıq və mədəni irsin nadir nümunəsidir. Minilliklər boyu müxtəlif sivilizasiyalara, tarixi hadisələrə və idarəetmə modellərinə ev sahibliyi etmiş bu qədim şəhər bu gün öz inkişafının tamamilə yeni - rəqəmsal mərhələsinin astanasındadır.
Mətbuat.az xəbər verir ki, bu fikirləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İdarənin 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında səsləndirib.
Aytac Əlisultanlı bildirib ki, İçərişəhərin idarəetmə tarixi bir neçə mühüm mərhələni əhatə edir. Onun sözlərinə görə, 1977-ci ildə tarix-memarlıq statusu alan İçərişəhər 1985-ci ildə dövlət statusu qazanıb, 2000-ci ildə isə YUNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib. Qeyd edib ki, bu il həmin tarixi qərarın 25 illiyi tamam olur və yubiley ilə bağlı tədbirlər planlaşdırılır.
O xatırladıb ki, 2005-ci ildə Prezidentin sərəncamı ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılıb, 2009-cu ildən etibarən isə YUNESKO-nun dəstəyi ilə hazırlanmış konservasiya masterplanı əsasında genişmiqyaslı bərpa və abadlıq işlərinə başlanılıb. 2016-cı ildən isə İdarə publik hüquqi şəxs statusu ilə fəaliyyətini davam etdirir.
Aytac Əlisultanlı vurğulayıb ki, 2025-ci ildə İçərişəhər yeni çağırışlarla üz-üzədir və mövcud təcrübə sistemli islahatların qaçılmaz olduğunu göstərir. Onun sözlərinə görə, aparılan təhlillər dörd əsas problem sahəsini üzə çıxarıb: vahid məlumat bazasının olmaması, sistemli monitorinq mexanizmlərinin zəifliyi, ziyarətçi axınının analitik təhlil edilməməsi və hadisələrə əsasən post-fakt reaksiya verilməsi.
İdarə Heyətinin üzvü qeyd edib ki, bu boşluqlar tarixi ərazinin effektiv idarə olunmasını çətinləşdirir və müasir yanaşmaların tətbiqini zəruri edir.
Aytac Əlisultanlı çıxışında “Ağıllı Qoruq” (Smart Reserve) konsepsiyasının mahiyyətinə də toxunub. O bildirib ki, bu model tarixi irsə müdaxilə anlamına gəlmir, əksinə, onun daha sistemli və təhlükəsiz şəkildə qorunmasına xidmət edir.
Onun sözlərinə görə, “Ağıllı Qoruq” inkişaf modeli tarixi irsin mühafizəsi ilə innovativ və data əsaslı idarəetmə arasında balans yaratmağa imkan verir. Rəqəmsal texnologiyalar vasitəsilə tarixi abidələrin monitorinqi, məlumatların vahid platformada toplanması və operativ qərarların qəbulu mümkün olacaq.
Aytac Əlisultanlı vurğulayıb ki, bu yanaşma İçərişəhərin “danışan tarixə” çevrilməsinə, yəni tarixi divarların rəqəmsal alətlər vasitəsilə gələcək nəsillərə daha dolğun və təhlükəsiz şəkildə ötürülməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 23 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















