Ağır və uzunmüddətli zədə idi, Türkiyədəki iki həftəlik müalicədən sonra məşqlərə başlayacam
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına açıqlama verib.
Qərb təmsilçisinin müdafiəçisi zədəli olduğu üçün oyunlardan kənar qalıb.
O, müalicə üçün Türkiyəyə yollanıb. Əliyev, hazırkı durumundan danışıb:
"Aprelin 7-dən Türkiyədəyəm. Əməliyyata yox, müalicə olunmağa gəlmişəm. Müalicənin də müddəti iki həftə olmalıdır. Ondan sonra isə yenidən məşqlərə başlaya biləcəm. Görək də, necə olacaq. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Qış toplanışından sonra, "Kəpəz"lə evdəki matçın ardından "Qarabağ"la oyunöncəsi məşqdə zədələnmişdim. Həqiqətən də ağır və uzunmüddətli zədə idi. Bir müddətdir ki, müalicə olunuram. Türkiyədəki müalicəm yenidən başlayıb. İki həftəlik müalicəm bitdikdən sonra məşqlərə başlayacam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 16 Aprel 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















