Icma.az
close
up
RU
Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR

Ağız qoxusunun qarşısını alan SADƏ QAYDALAR

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bir çox insanda ağız qoxusu ciddi problemə çevrilir. Bu onlarda cəmiyyət arasında diskamfort hissi yaşamağa səbəb olur.

Problemin isə ortaya çıxma səbəbləri müxtəlifdir. Bəzən bu, sadəcə ağız gigiyenasına düzgün qulluq etməməkdən, bəzən isə hansısa xəstəliklərin göstəricisi kimi ortaya çıxır.

Lent.az ağız qoxusunun yaranma səbəblərini sadalayır.

Kifayət qədər ağıza qulluq edilmədikdə, ağız içində yaranan infeksiyalar, siqaret və alkoqol istifadəsi başlıca səbəblərdəndir. Həmçinin ağız quruluğu, diş və diş əti problemləri, nəfəs yolu infeksiyaları, diabet, böyrək, qaraciyər və ağciyər xəstəlikləri kimi sistemik xəstəliklər və reflüks kimi həzm sistemi xəstəlikləri də buna səbəb ola bilər.

Neçə cür ağız qoxusu var?

Fizioloji ağız qoxusu

Fizioloji ağız qoxusuna səhər qoxusu da deyilir. Yeyilən və içilən qidaların səbəb olduğu qoxu çox zaman yemək qalıqlarının dilin üzərinə yapışmasından qaynaqlanır. Qalıcı deyil.

Patoloji qoxu

Ağız içi qaynaqlı olan qoxuların səbəbi əsasən diş və diş əti xəstəlikləridir. Ancaq ağızdan əlavə, burun, boğaz, ya da yuxarı tənəffüs yollarında yaşanan problemlər də ağız qoxusu yarada bilir.

Halitofobiya

Ağız qoxusu olan xəstə müalicə olunduqdan sonra da ağzında qoxu olduğunu hiss edər. Ancaq bu, psixoloji bir vəziyyətdir, çünki şəxsin ağız qoxusu olduğunu göstərən heç bir səbəb yoxdur. Psixoloji dəstəklə problem həll oluna bilər.

Qaraciyər çatışmazlığı və bənzəri qaraciyər xəstəlikləri də ağız qoxusuna yol açır.

Təmizlənməyən diş protezləri də ağız qoxusuna səbəb olur.

Tüpürcək vəziləri ilə əlaqədar xəstəliklər və ya mütəmadi ağızdan nəfəs alan şəxslərdə tüpürcək azlığı səbəbi ilə ağız qoxusu yarana bilər.

Sinus və ağciyər infeksiyaları, böyrək çatışmazlığı da ağız qoxusuna səbəb olur.

Ağız qoxusu necə keçir?

- Gün ərzində iki dəfə dişlərinizi fırçalayın

- Diş aralarında yığılan yemək qalıqlarından azad olmaq üçün diş ipi istifadə edin

- 3 aydan bir diş fırçanızı dəyişdirin

- Dişlərinizi fırçalayarkən dilinizi də fırçalamağı unutmayın

- Ağıza qulluq suları ilə qarqara edin

- Şəkərsiz və nanəli saqqız çeynəyin

- 6 aydan bir dişinizi yoxlatdırın

- Bol-bol su için.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see759

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see687

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see265

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see250

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see232

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see228

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see227

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see219

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see201

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see196

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see188

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see181

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see178

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see178

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see175

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see173

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see169

Kanada ABŞ a dizel yanacağı ixracını artırmağı planlaşdırır

12 Oktyabr 2026 04:50see167

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri