Icma.az
close
up
RU
Ağlayan və saçı qırxılan gəlinlər Dünyanın ən qəribə evlilik ritualları

Ağlayan və saçı qırxılan gəlinlər Dünyanın ən qəribə evlilik ritualları

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünyanın müxtəlif yerlərində toylar yalnız iki insanın evliliyini deyil, eyni zamanda, həmin xalqın tarixini, inanclarını və dəyərlərini əks etdirən mərasimləri özündə birləşdirir. Çin­dən Polşaya, Hindistandan İndoneziyaya qədər hər ölkədə toy adətləri dramatik, əyləncəli və qeyri-adidir.

Kulis.az dünyanın müxtəlif ölkələrinin maraqlı toy adətlərini təqdim edir.

Çin - Ağlayan gəlinlər

Çinin şimal-qərbində hələ də qorunub saxlanılan ən maraqlı toy adətlərindən biri “ağlayan gəlinlər” mərasimidir. Bu ənənəyə görə, gəlin toyuna bir neçə həftə qalmış hər gün bir saat ağlayır. Üstəlik, təkcə o yox, anası, dostları və qohumları da ona qoşulur. Bu göz yaşları kədərdən çox vida rəmzidir. Gəlin ailəsindən ayrılıb yeni həyata qədəm qoyarkən həm sevgisini, həm də həyəcanını bu ritual vasitəsilə ifadə edir.

Keniya - Saç qırxmaq

Çoban Masay xalqı Keniya və Tanzaniyanın çöllərində yaşayan, həyat tərzi rituallarla dolu qədim bir icmadır. Onlar üçün toyların hər anı rəmzlərlə, simvollarla doludur. Gəlin və bəy süd ilə təmizlənərək böyüklərdən xeyir-dua alır, geyimlərinə ot bağlanır, ailələr isə bal içərək bolluq diləyir. Toyun ən diqqətçəkən anı gəlinin anasının qızının saçlarını qırxıb başına qoyun yağı sürtməsidir. Bu ritual gəlinin yeni həyatına saf və təmiz başlamasını simvolizə edir. Qoyun yağı isə ona bolluq və bərəkət gətirir. Sonrakı mərhələdə qadın qohumlar gəlinə muncuqlardan bəzək qoyur və dualarla onu yeni həyatına yola salırlar.

Hindistan - Yeddi addım

Hindistan toylarının ən təsirli mərasimi saptapadidir. Bu söz sanskritcə “birlikdə yeddi addım atmaq” deməkdir. Bu ritual müqəddəs atəşin (Aqni) ətrafında keçirilir və yeddi kiçik düyü topası düzülür. Gəlin və bəy gəlinin sağ ayağı ilə qərbdən başlayaraq hər bir topanın üzərindən addım atır. Cütlük yeddi dövrə vurduqca bir-birinə yeddi əsas prinsipi yerinə yetirəcəyinə söz verir. Hər addım sağlam həyatın, ruhani gücün, rifahın, sevgi və hörmətin, xoşbəxt ailənin, uzun ömrün və bir-birinə sədaqətin simvoludur. Addımlarını atarkən əllərini dupatta (gəlinin çiyinə sarılan uzun, rəngli şal) və ya çuni (nazik, uzun örtük) ilə bir-birinə bağlayırlar, ailə üzvləri isə gül yarpaqları və düyü səpməklə onlara xeyir-dua verir.

Polşa - R hərfi

Polşada toy tarixi seçilərkən ay adında “r” hərfi olmasının cütlük üçün şans və rifah gətirəcəyinə inanılır. Bu adət orta əsrlərə gedib çıxır; o vaxt ayların adları latınca İanuarius, Februarius, Martius, Aprilis kimi idi və xüsusilə, yay aylarının adlarında “r” hərfi olmadığı üçün toylar adətən dekabr və aprel aylarında keçirilirdi. Numerologiyada “r” hərfinə 9 rəqəmi uyğun gəlir. Bu rəqəm isə xoşbəxtliyin və rifahın simvoludur. Bəzi şərhlərə görə “r” hərfi ailəni təmsil edir. Buna görə də, “r” hərfi olan aylarda toy etmək cütlüyün bağlılığını və toyun əhəmiyyətini göstərir.

Almaniya - Boşqab qırmaq, kötük kəsmək

Almaniyada toy ərəfəsində qonaqlar adətən gəlinin evinin qarşısında keramika qabları qırır və cütlük qırıntıları təmizləyərək pis ruhları uzaqlaşdırır. Toy günü evli cütlüklər şans və bolluq rəmzi olan şam ağacının budaqlarından hazırlanmış yolda addımlayır və birlikdə bir kötüyü mişar ilə kəsirlər. Bu ritual onların həm bir-birinə inamını, həm də çətinliklərin öhdəsindən birlikdə gələ biləcəyini göstərir.

İndoneziya - Arınma və uyğunlaşma

İndoneziyadakı toylar parlaq və qeyri-adi mərasimlərlə diqqət çəkir. Gəlin və bəy mərasimdə çiçək, bitki və ədviyyat qarışığı ilə yuyunaraq təmizlənir və yeni həyata hazırlanırlar. Solo şəhərində gəlin batik paltarı ilə dörd kişi tərəfindən daşınır, bu da ona sirli və həyəcanlı bir giriş imkanı yaradır. Batak icmasında gəlin və bəyin dostları ənənəvi geyimlərlə rəqs edərək cütlüyə xoşbəxtlik arzu edirlər. Daha sonra "mütəxəssislər" cütlüyün doğum tarixlərini uyğunlaşdırır və bunun evliliyə şans və xoşbəxtlik gətirəcəyinə inanırlar.

Yusif Eyvazov niyə dünyaşöhrətli ifaçı deyil? Üslubun yaratdığı poetik enerji... - Mətanət Vahid "Biz onsuz da həmişə ikimizin cahanda..." - Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://kulis.az
archiveBu xəbər 20 Oktyabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see284

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see244

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see172

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see154

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see138

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see136

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see127

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see126

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see125

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri