Icma.az
close
up
RU
Ağlınız başınıza gəldi?..

Ağlınız başınıza gəldi?..

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yadınızdadır, sizə demişdim ki, qədirbilməz olmayın. Bunu o vaxt demişdim ki, siz toyuq yetişdirəni, ət gətirəni və satanı möhtəkir adlandırırdınız. Ətin qiymətinin bahalaşmasından gileylənirdiniz. Onda sizə demişdim ki, əşi, bu insanlar sizi düşünür də. Azacıq artım da hərdən ona görə olur ki, sizlər arada kartof, lobya, badımcan, əriştə, yarma, vermişel də yeyəsiniz. Yoxsa, nə qədər toyuq, ət yemək olar...

Hətta bunu da demişdim ki, camaat sizdən yana narahatdır ki, çox ət yeyib qocalmayasınız, həmişə gənclik təravəti üzünüzdə olsun, vaxtından əvvəl üz-gözünüz, əlləriniz qırışmasın. Siz nə etdiniz? Sizi düşünənlərin adını möhtəkir qoyub ətin qiymətində cüzi artımlar üçün səhərdən axşama deyindiniz.

Bax bu sətirləri xüsusilə sizə demişdim. Olduğu kimi təkrarlamaqla yenidən xatırlatmaq istəyirəm: Vallah, xətriniz qalsa da deyəcəyəm, qədirbilən deyilsiniz. Sizi düşünənlərin qədrini bilmədikcə, Allah sizə heç pul da yetirməyəcək ki, ət alıb yeyə biləsiniz. Bir gün o möhtəkir adlandırdıqlarınız sizdən elə inciyəcək ki, qiyməti qaldırıb qoyacaq ceyranın belinə, onda marketlərdə ətə yalnız şüşənin arxasından baxa-baxa qalacaqsınız... Onda ağlınız başınıza gələcək.

Budur, bax, həmin vaxt gəlib çıxdı. O qədər bədgüman oldunuz ki, baha qiymətə olan ət də qalxdı ərşə. Niyə qalxdı? Bunu bilməmiş deyilsiniz. O qədər qarğış-qiyamətiniz yazıq inəklərin xəstələnməsinə səbəb oldu. İndi gəlin bir salamat inək tapın, görək, tapa bilirsiniz? Hamısını etdiniz dabaq, qoydunuz ora.

Nə susdunuz, nə də kiridiniz ki, ətin qiyməti niyə qalxır? Camaatı hələ möhtəkir də adlandırdınız. Bütün bunlar Allaha xoş getmədi. Göydən bəla göndərdi. İndi pulunuz qalar əlinizdə, ət tapıb ala bilməzsiniz, ağlınız başınıza gələr.

Görün, bədduanızın gücünü ki, ölkədə bir inəkdən də yan keçmədi. Hamısı oldu dabaq. Bəlkə də yoluxmamışı olar. Ondan da artıq istifadə etmək qorxuludur. Çünki nə bilirik içində dərd nə yerdədir. Yedin, keçdi sənə, öldün getdin və ya xəstəxanalarda süründün, fərqi yoxdur.

Deyir, kiməsə yaşatdığını yaşamadan bu dünyadan köçmürsən. Gördünüz, ət satanları hər gün ətin qiymətini qaldırmaqda, ölkəyə mənşəyi bilinməyən ət gətirməkdə ittiham edirdiniz.

Nə oldu nəticə? Mal əti yoxa çıxdı. Buyurun, alın, görək, necə alırsınız, haradan alırsınız? Qoyun ətini də hamınız yeyə bilmirsiniz ki, təzyiqimiz qalxır. Hələ əvvəl yeyəndə qalxırdısa təzyiqiniz, indi qoyun ətinin qiymətini eşidəndə də qalxacaq.

Başqa çarə yoxdur, ya ət ehtiyatınızı qoyun əti ilə ödəyəcək, dabağın sağalmasını gözləyəcəksiniz, ya da toyuq əti ilə bu dövrü başa vuracaqsınız. Bilmək olmaz, bu dabaq nə qədər çəkər... Olar ki, müalicə prosesi o qədər sürətli olar ki, mallar sağalıb ayağa qalxar. Ola bilər də ki, bir qədər uzanar bu vəziyyət. Başqa nələrsə də ola bilər, kim bilir...

Hə, ağlınız başınıza gəldi? Gəldisə, bir də heç nədən şikayət etməyin. Yoxsa olacaqlar olanlardan daha dəhşətli ola bilər.

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see343

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see301

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see294

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see284

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see238

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see235

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see231

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see230

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see230

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see214

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see199

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see187

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see184

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see178

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see174

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see174

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see171

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see171

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri