Icma.az
close
up
RU
Qədim yurdun əzəməti, Zəfərin sevinci və Böyük Qayıdışın ünvanı ŞƏRH

Qədim yurdun əzəməti, Zəfərin sevinci və Böyük Qayıdışın ünvanı ŞƏRH

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın hər qarışı özünəməxsus gözəlliyi, zəngin tarixi və milli-mənəvi dəyərləri ilə seçilir. Bu torpaqlar arasında elə məkanlar var ki, onların adı çəkiləndə insanın gözləri önündə uca dağlar, yaşıl meşələr, buz bulaqlar və əsrarəngiz təbiət mənzərələri canlanır. Kəlbəcər də məhz belə məkanlardan biridir. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər təbiətin yaratdığı möcüzə, tariximizin canlı salnaməsi, milli yaddaşımızın ayrılmaz parçasıdır.
Kəlbəcərin təbiəti onun ən böyük sərvətlərindəndir. Uca Murovdağ və Dəlidağ silsilələri, geniş yaylaqları, sıx meşələri, gur çayları, şəlalələri və mineral su bulaqları bu diyarı fərqləndirən əsas xüsusiyyətlərdir. Xüsusilə, dünyada tanınan İstisu mineral bulaqları Kəlbəcərin təbii sərvətlərinin nə qədər zəngin olduğunu göstərir. Dağların qoynunda yerləşən bu torpaq həm də zəngin fauna və florası, təmiz havası, ecazkar mənzərələri ilə seçilir. Kəlbəcərə yalnız bir coğrafi məkan kimi deyil, qorunmalı və gələcək nəsillərə ötürülməli milli sərvətimiz kimi baxmaq lazımdır.
Bu diyarın tarixi də təbiəti qədər qədim və zəngindir. Kəlbəcər ərazisində aşkar edilmiş qədim yaşayış məskənləri, minilliklərə söykənən qayaüstü təsvirlər, qədim qəbiristanlıqlar və memarlıq abidələri burada zəngin mədəniyyətin mövcudluğunu təsdiqləyir. Alban dövrünə aid Xudavəng məbəd kompleksi isə bölgənin tarixi-memarlıq irsinin ən qiymətli nümunələrindəndir. Tərtər çayı boyunca yerləşən qədim mağaralar və qayaüstü təsvirlər Kəlbəcərin uzaq keçmişindən xəbər verir. Bütün bunlar göstərir ki, Kəlbəcər yalnız gözəl təbiəti ilə deyil, həm də qədim sivilizasiya izləri ilə Azərbaycan tarixində xüsusi yer tutur.
Lakin bu gözəl diyar uzun illər ağır sınaqlarla üzləşdi. 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Kəlbəcər öz doğma sakinlərindən ayrı düşdü. Minlərlə insan ata-baba yurdunu tərk etməyə məcbur oldu, evlər, məktəblər, mədəniyyət ocaqları dağıdıldı, tarixi və dini abidələrimizə ciddi ziyan vuruldu. Kəlbəcərin işğalı xalqımızın yaddaşında ağrılı bir tarix kimi qaldı. Ancaq illər keçsə də, kəlbəcərlilərin doğma yurda qayıtmaq ümidi heç zaman sönmədi.
2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfər bu ümidləri gerçəyə çevirdi. Üçtərəfli Bəyanata uyğun olaraq, 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi mərhələ oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi sayəsində doğma torpaqlarımıza qayıdışın yolu açıldı.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi. Bu tarix artıq xalqımız üçün sadəcə təqvim günü deyil, tarixi ədalətin bərpasının, milli iradənin və Zəfərimizin rəmzidir.
Bu gün Kəlbəcərdə yeni həyat qurulur. Dövlətimizin həyata keçirdiyi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərdə və kəndlərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Müasir yollar, tunellər, elektrik stansiyaları, yaşayış evləri və sosial infrastruktur obyektləri inşa edilir. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu bölgənin ölkənin digər əraziləri ilə əlaqəsini asanlaşdırmaqla yanaşı, turizmin və iqtisadi inkişafın da yeni imkanlarını yaradır.
Kəlbəcərin qədim şöhrətini özünə qaytaran layihələrdən biri də İstisu mineral su zavodudur. Bu müəssisənin yenidən qurulması bölgənin təbii sərvətlərinin iqtisadi dövriyyəyə cəlb edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Yanşaq, Zallar və Zar kəndlərində aparılan bərpa işləri, burada yüzlərlə ailənin məskunlaşdırılmasının planlaşdırılması Böyük Qayıdışın əhatə dairəsinin genişləndiyini göstərir. 2025-ci il avqustun 20-dən etibarən Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışına başlanılması isə bu quruculuq prosesinin ən sevindirici nəticələrindəndir.
Kəlbəcər bu gün təkcə yenidən qurulmur, həm də öz gələcəyini yaradır. Burada salınan hər yeni yol, tikilən hər ev, açılan hər müəssisə doğma torpağın dirçəlişinə xidmət edir. Ən əsası isə illərlə yurd həsrəti ilə yaşayan insanların öz doğma evlərinə qayıtması, övladlarının Kəlbəcərdə böyüməsi, bu torpaqda yeni həyatın başlanmasıdır.
25 Noyabr – Kəlbəcər Şəhəri Günü münasibətilə hər bir azərbaycanlının qəlbində qürur və sevinc hissi yaşayır. Çünki Kəlbəcər azaddır, doğma sakinlərini gözləyir, yenidən canlanır. Bu qədim diyarın sabahı daha gözəl, yolları daha işıqlı, həyatı daha firavan olacaq. Kəlbəcərin uca dağlarında dalğalanan üçrəngli bayrağımız isə bir daha təsdiq edir ki, Azərbaycan xalqı öz torpağına bağlıdır, öz tarixini unutmur və gələcəyini böyük inamla qurur.
25 Noyabr – Zəfərin, qayıdışın və yenidən doğulan Kəlbəcərin bayramıdır!
Vüsalə Əliyeva
YAP Sədərək rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Noyabr 2026 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri