Icma.az
close
up
RU
Ağrılı güzəştlər gəlir: türklər cəbhədə olacaq, muxtariyyət istəyi var Patrik Uolşdan sensasiya

Ağrılı güzəştlər gəlir: türklər cəbhədə olacaq, muxtariyyət istəyi var Patrik Uolşdan sensasiya

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Türkiyənin 40 ildir savaşdığı PKK terror təşkilatı silahlı mübarizəni dayandırmaq və strukturunu ləğv etmək barədə qərar qəbul edib.

Dünyada baş verən siyasi proseslərdən dolayı PKK Qərb və ABŞ-dan əvvəlki dəstəyi ala bilmir. Türkiyənin artan nüfuzu və dəyişən beynəlxalq nizam xüsusən NATO daxilində onun strateji əhəmiyyətini artırıb. “Financial Times” qəzetində dərc olunan “Avropanın Türkiyəyə ehtiyacı var” başlıqlı məqalə də bunu deyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın özünü buraxması və silahı yerə qoyması ilə bağlı qərarından sonra yeni mərhələnin başladığını ifadə edib. O bildirib ki, Milli İstehbarat Təşkilatı verilən vədlərin yerinə yetirilib-yetirilmədiyini diqqətlə izləyəcək.

Mövzu ilə bağlı Globalinfo.az irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolşdan müsahibə alıb.

Həmin müsahibəni təqdim edirik:

– Cənab Uolş, Türkiyə üçün terror dövrü bitdimi? Bəzi politoloqların fikrincə, PKK-ya güvənmək sadəlövhlükdür, çünki indiyədək bu proses həmişə “baş qatmaq” taktikası ilə davam edib. Buna münasibətinizi bildirərdiniz.

– Bu, mənə Şimali İrlandiyada keçdiyimiz sülh prosesini xatırladır. 1994-cü ildə İrlandiya Respublika Ordusu (IRA) 28 il davam edən bombardman, atışma və dağıntılardan sonra hərbi əməliyyatların dayandırılmasına səbəb olan atəşkəs elan etmişdi.

Türkiyənin (və eləcə də kürdlərin) İrlandiya və İngiltərədəki hadisələrin gedişatını çox diqqətlə öyrənməsi məqsədəuyğun olardı. Onlar görəcəklər ki, sülh prosesi uzun və çox sayda yanlış başlanğıc və uğursuzluqlardan dolayı çətin olur və burada əzmkarlıq vacibdir. IRA-nın elan etdiyi atəşkəs 1997-ci ildən 3 il sonra Londonda Böyük Britaniyanın sığorta sənayesini az qala məhv edən ən böyük partlayışlarla iflasa uğradı. 1998-ci ildə atəşkəsin uzadılması və artıq 30 ilə yaxındır davam edən razılaşma ilə sülh prosesini bərpa etmək üçün hökumət dəyişikliyi və ABŞ-ın təzyiqi lazım idi.

Hazırda baş verən odur ki, PKK-dan kənarda fəaliyyət göstərən silahlı kürd qruplaşmaları istənilən sülh prosesində və nizamlanmada sabitliyi pozmağa cəhd edə bilər. Bu, Türkiyə hökumətinin işini çətinləşdirəcək.

Patrik Uolş

– Növbəti mərhələdə hansı proses başlamalıdır?

– Tərksilah və istismardan çıxarma prosesi həyata keçirilməlidir ki, bu da ağrılı olmaqla yanaşı, açıq və tam şəkildə olmaya bilər. Bu proses Şimali İrlandiyada 1998-ci ildən sonra təxminən 10 il çəkdi və gizli şəkildə baş verdi. Yəqin ki, PKK-lı məhbusların azadlığa buraxılması və güzəştlər olacaq. Bu isə onların qurbanlarının ailələri üçün travmadır. Türkiyə cəmiyyətinin geniş təbəqələri tərəfindən çox da xoş qarşılanmayan siyasi güzəştlər olacaq. Sinn Fein (IRA-nın siyasi qanadı, -red.) təcrübəsi təkrarlanarsa, Türkiyə həm də ən azından muxtariyyət tələb edən siyasi partiyalara siyasi dəstəyin artmasının şahidi olacaq.

Beləliklə, qısacası, sülh prosesi uzun və çətin olacaq və İrlandiyada baş verənlər burada təkrarlanarsa, prosesi dəstəkləmək üçün güclü rəhbərlik və şübhəsiz ki, beynəlxalq yardım tələb olunacaq. Lakin nəticə zorakılığın tədricən aradan qaldırılması, siyasi sabitlik və hamı üçün daha yaxşı gələcəkdən ibarət olacaq.

– Antalyada 14-15 may tarixlərində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir. Toplantıda müttəfiq ölkələr 24-25 iyunda keçiriləcək Haaqa Sammiti öncəsi təhlükəsizlik və müdafiə məsələlərini müzakirə edəcəklər. Həmçinin görüşdə Avropa İttifaqı (Aİ) və NATO-nun birgə müdafiə strategiyasının müəyyən ediləcəyi gözlənilir. Bu barədə nə düşünürsünüz?

– İndi məsələ ondadır ki, NATO nə deməkdir, yaxud ABŞ olmadan NATO nə deməkdir? Mən narahatam ki, Ukrayna müharibəsi İstanbulda həll olunmasa və davam etsə, ukraynalıların üzərinə ağır yük düşəcək. Avropa isə Kiyevin maliyyəçisi, tədarükçüsü və əsas mənəvi dəstəkçisi kimi ABŞ-ın yerini tutacaq. “Könüllülər koalisiyası” adlanan Qərbi Avropalılar nəyin bahasına olursa-olsun döyüşməkdən qaçmağa çalışacaqlar. Polşada narahatlıq var ki, ukraynalılar məğlub olarsa, bu dəfə cəbhədə polyaklar, ardınca isə türklər olacaq. Mən hesab etmirəm ki, bu baş verər, çünki türklər macarlar kimi, bu müharibəyə tənqidi yanaşırlar və bu, onların marağında deyil. Amma əsas sual budur ki, NATO ABŞ-sız və ya ABŞ entuziazmı olmadan hansı vəziyyətə düşəcək?

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see241

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see180

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see168

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see160

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see156

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see145

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see144

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see142

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see142

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see135

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see132

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see132

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see130

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see129

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see126

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see125

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see124

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see122

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri