Icma.az
close
up
RU
Ağrılı menstruasiyaların əsas səbəbi BU XƏSTƏLİKDİR

Ağrılı menstruasiyaların əsas səbəbi BU XƏSTƏLİKDİR

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Endometrioz – qadınlar arasında kifayət qədər yayılmış xəstəlikdir. Xəstəlik zamanı uşaqlıq boşluğunun selikli qişası  boşluq daxilindən kənara olmaqla inkişaf etməyə başlayır.

Saglamoolun.az bildirir ki, endometrioz xoşxassəli xəstəlikdir (yəni xərçəng deyil), ancaq onun digər orqanlara və toxumalara yayılması onu bədxassəli şişlər ilə oxşar edir. Endometrioz qan və limfa axarı ilə yayılır. O, bağırsaq divarına, sidik kisəsinə, sidik axarına, qarın divarına, dəriyə keçə bilər. Onun ocaqları limfatik düyünlərdə, ağ ciyərlərdə, gözlərdə və s. orqanlarda da aşkar edilə bilər. Qadınlar endometriozla əksər hallarda dolyaratma qabiliyyəti olan yaşlarda xəstələnirlər.

Bəs endometrioz özünü necə büruzə verir? Bu xəstəlik üçün xarakter əlamət ağrılardır. Ağrılar aybaşı öncəsi və aybaşı zamanı artaraq, aybaşı qurtaran kimi sakitləşirlər. Xəstəliyin ən çox rast gəlinən əlamətlərindən biri də aybaşından bir neçə gün əvvəl və bir neçə gün sonra uşaqlıq yolundan az miqdarda qan qarışıqlı ifrazatın olmasıdır. Zədələnmiş orqandan asılı olaraq qan qarışıqlı ifrazat cinsi yollardan (genital endometrioz), göbəkdən (göbəyin endometriozu), ağızdan öskürəklə (ağ ciyərlərin endometriozu) gələ bilər. Uşaqlıq zədələndiyi halda isə qadında xeyli qan ifrazı ilə ağrılı aybaşılar olur. Düz bağırsağın divarının zədələndiyi halda nəcisdə təzə qan, sidik ifrazı sistemı zədələndikdə isə aybaşı zamanı sidikdə qan qarışığı aşkar edilə bilər.

Bəzi hallarda endometrioz heç bir əlamət olmadan keçir və digər xəstəliklərə görə müayinə olunarkən təsadüfən aşkar edilir.

Endometrioz olan qadınlarda əksər hallarda anemiya (qanda hemoqlobinin azalması) inkişaf edir ki, bu da özünü ümumi zəiflik, tez yorulma, dəri və selikli qişalarda avazıma kimi əlamətlərlə büruzə verir. Əfsuslar olsun ki, endometriozu olan qadınlarda sonsuzluq da inkişaf etmiş olur.

Endometriozun inkişaf etməsi səbəbləri sona qədər müəyyən edilməmişdir. Təhlükə (risk) faktorları kimi – irsiyyət, hormonal tarazlığın pozulması, streslər, müxtəlif xəstəliklər səbəbindən immunitetin kəskin şəkildə zəifləməsi və s. qeyd edilir.

Endometriozu cərrahi və terapevtik (dərmanlarla) üsullarla müalicə edirlər. Xəstəliyin ağırlıq dərəcəsindən, əlamətlərin nə dərəcədə ifadə olunmasından, xəstənin yaşından, gələcəkdə ana olmaq istəyinin olub-olmamasından və s. səbəblərdən asılı olaraq həkim tərəfindən müalicə üsulu müəyyən edilir.

Cərrahi müalicə təyin edildiyi halda, endometriya ocaqları laparoskopik yolla xaric edilir. Xəstəliyin ağır formasında bəzən uşaqlıq və yumurtalıqları da xaric etmək zərurəti yaranır.

Cərrahi yolla müalicə təyin edilmədiyi hallarda, xəstəliyin müalicəsi xüsusi hormonal preparatların təyin edilməsi ilə aparılır.

Onu da nəzərə almaq lazımdır ki, tətbiq edilən istənilən müalicə üsulundan sonra endometrioz təkrarən yarana bilər. Beləliklə, endometrioz qadın sonsuzluğunun əsas səbəbi olarsa, müalicə başa çatan kimi qadın tərəfindən hamiləlik planlaşdırılmalıdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri