Icma.az
close
up
RU
İşlərini daimi təxirə salmaq psixoloji xəstəlikdir? Səbəbi bu imiş

İşlərini daimi təxirə salmaq psixoloji xəstəlikdir? Səbəbi bu imiş

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Həyatda hər şeyi daim təxirə salmaq xəstəlikdir, yoxsa normal birdavranışdır? Mütəxəssislərin fikrincə, bu, dərin psixoloji proseslərlə bağlıdır.

Ölkə.Az xəbər verir ki, təxirə salmaq qısa müddətdə rahatlıq hissi versə də, uzun müddətdə insanın psixi sağlamlığına zərər yetirir.

Xüsusilə mükəmməlliyyətçi insanlar öz işlərini daim təxirə salırlar. Çünki insan beyni bəyənmədiyi, çətin hesab etdiyi və ya narahat olduğu şeylərdən qaçmaq üçün proqramlaşdırılıb.
Yəni təxirə salmaq çox vaxt qaçmaq davranışıdır. Bir işə başlamaq bizi narahat edirsə beynimiz onu rədd edir və qısamüddətli rahatlıq təmin edir. 

Türkiyəli kliniki psixoloq Tilbe Sönmezler işləri daim təxirə salmağın sağlamlıq üçün risklərindən söz açıb:

“Qısamüddətli rahatlama uzun müddətli stress deməkdir. Biz elə hiss edirik ki, qaçdığımız şeydən qurtulduğumuzu düşünürük, amma iş bitmədiyi üçün beynimiz heç vaxt tam rahatlaşmır. Sonra bunu son dəqiqəyə buraxmaq güclü stress, narahatlıq və bəzən panika yaradır”.

Psixoloq təxirə salmağın xəstəlik yox, davranış nümunəsi olduğunu vurğulayıb:

“Ancaq bəzi hallarda bu altda qalan bir psixoloji mənzərə ola bilər. Məsələn, hər şeyi sonraya saxlamaq narahatlıq pozğunluğu, depressiya və ya diqqət çatışmazlığı ilə müşayiət oluna bilər. Əgər bu davranış insanın işinə, məktəb və ya ictimai həyatına ciddi təsir edirsə, müalicə edilməlidir”.

T.Sönmezlər ertələmək davranışının psixoloji yükü artırdığını söyləyib:

“Çünki təxirə salınmış vəzifələr beynimizin bir küncündə qalır. Fərqində olmasaq belə, stress yaradır. Bəzən gecələr yatarkən belə, şüuraltı olaraq “mən hələ etməmişəm” düşüncəsi beynimizi məşğul edir. Bu, uzun müddətdə narahatlığı artırır, insanların özlərini qeyri-adekvat və günahkar hiss etməsinə səbəb olur”.

Mütəxəssis təxirə salmaq davranışı ilə mübarizə aparmaq üçün bir sıra tövsiyələr də verib:

Böyük vəzifələri daha kiçik hissələrə bölün. “Bir saat işləyəcəm” əvəzinə “yalnız 10 dəqiqə işləyəcəm” demək motivasiyanı artırır.

Mükafat sistemi qurun. İş bitdikdən sonra özünüzə kiçik bir mükafat verin.

Diqqəti yayındıran amilləri azaldın. Telefonunuza bir müddət ara verin.

Bütün günü bitirə bilməyəcək qədər uzun siyahılar hazırlamaqdansa, real planlar qurun.

Ən əsası, özünüzə əsəbləşməyin. Bu, iradə çatışmazlığı deyil, çox vaxt emosional mübarizə strategiyasıdır. Bunu dərk etdikdə, özümüzə mərhəmət göstərdikdə və yeni vərdişlər inkişaf etdirdikdə, ertələməyin bizə təsiri azalır.

Əgər hər şeyi təxirə salmaq davranışı iş və məktəb həyatını ciddi şəkildə pozursa, özünüzü daim günahkar və ya stresli hiss edirsinizsə, mütləq mütəxəssislə məsləhətləşin.

Psixoloq insanların daim öz işlərini təxirə salmasının bir neçə səbəbini də açıqlayıb.

Mükəmməl olmaq düşüncəsi: "Birdən mükəmməl olmasa?" Bu səbəbdən mükəmməllikçilər özlərinə çox yüksək standartlar qoyduqları üçün bir işə başlamaqda çətinlik çəkirlər.

Uğursuzluk qorxusu: Bəzən insanlar “Birdən bacarmasam?” narahatlığı ilə işə başlamırlar. İşi heç görməmək, uğursuz olmaqdan daha təhlükəsizdir.

Emosional qaçış: Biz şüursuz olaraq darıxdırıcı, çətinləşdirən və ya narahatlığa səbəb olan işlərdən qaçırıq.

Vaxtın idarə edilməsi problemi: Planlaşdırma olmadıqda ertələmək ehtimalı artır.

Billurə Yunus

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri