Icma.az
close
up
RU
Ağsaqqal deputat: “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir”

Ağsaqqal deputat: “Mən o kişiyə qulaq asdım, hərəkəti pis hərəkətdir”

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Stalin Azərbaycan xalqının belini qıran adamdır. Elə bir adamı necə tərifləmək, təbliğ etmək olar?!"

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclis üzvü Aqil Abbas deyib.

O, 9 May tədbiri ilə müzakirə mövzusu olmuş İmişli rayon Ağsaqqallar Şurası sədrinin davranışı şərh edib.

Xatırladaq ki, sovet bayrğı və "georgi lenti"nə görə Ağsaqqallar Şurasının (AŞ) sədri Saleh Səmədovun vəzifəsindən azad olunub. Daha sonra onun yerinə seçilən Vahid Tağıyev cəmi 1 gün sonra ictimai qınaqla istefa verib.

O hətta Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri Eldar Quliyevə müraciət ünvanlayıb: “Xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”.

AŞ-nin sovet dövründən qalma, yalnız rayon rəhbərliyə mədhiyyə oxuyan təşkilat olduğunu iddia edən sosial şəbəkə istifadəçiləri qalmaqal fonunda ümumiyyətlə onun lğvini tələb edirlər.

Aqil Abbas isə İmişlidə baş verən “bayraq hadisəsi”nin çox şişirdilməsi rəyindədir:

“Mən o kişinin (Vahid Tağıyevin - red.) danışığına qulaq asdım. Hərəkəti pis hərəkətdir. Üstəlik, Stalini tərifləyir. Stalin Azərbaycan xalqının belini qıran adamdır. Elə bir adamı necə tərifləmək, təbliğ etmək olar?!

İmişli camaatını yaxşı tanıyıram, sevirəm. Maraqlı adamlardır, tərəkəmədirlər. Bir hadisədir olub da. Bunu çox şişirtdilər. “Georgi lenti” deyirlər, nə deyirlər, başım çıxmır. Mənim üçün mənasızdır, vəssalam!”

Deputat qeyd edib ki, Ağsaqqal Şurası nizamnaməsinə əsasən fəaliyyət göstərir:

“Şuranı belə bir şeyə görə niyə ləğv etsinlər ki?! Qeyri-hökumət təşkilatıdır. Bu şura uzun illərdir ki, mövcuddur. Ağsaqqal Şurası hələ sovet hökuməti vaxtından fəaliyyət göstərir. Şura gənclərlə görüşlər, tədbirlər keçirir. Niyə bağlasınlar ki?! Qeyri-hökumət təşkilatını bağlamaq olar?! Əgər cinayət etməyiblərsə, hökumətin siyasi ideologiyasına əks səhv siyasət yürütməyiblərsə, heç bir qeyri-hökumət təşkilatını bağlamaq olmaz. Elə bir şey olan kimi deyirlər, filan qurumu ləğv edək, filan yeri bağlayaq. Azərbaycan demokratik ölkədir, burada haranısa bağlamaq ifadəsi gülməli gəlir”.  

Nazim Hacıyev


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 17 May 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri