Icma.az
close
up
RU
Ağsaqqallar Şurasından cənab Prezidentə TƏBRİK

Ağsaqqallar Şurasından cənab Prezidentə TƏBRİK

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 64 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından cənab Prezidentə təbrik ünvanlayıb. Təbrikdə deyilir:

Möhtərəm cənab Prezident!

Azərbaycan Ağsaqqallar Şurasının 35 min üzvü adından Sizi – Azərbaycan Respublikasının Prezidentini, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanını doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, ali və məsuliyyətli dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq! Sizin müdrik rəhbərliyiniz ilə doğma Azərbaycanımıza daim rifah, sülh, əmin-amanlıq, tərəqqi və yeni-yeni zəfərlər diləyirik!

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf yolunun layiqli davamçısı kimi Sizin uzaqgörən və prinsipial fəaliyyətiniz nəticəsində Azərbaycan bu gün öz tarixinin ən qüdrətli və şərəfli mərhələsini yaşayır. Ölkəmiz dinamik inkişaf edir, beynəlxalq aləmdə nüfuzu və söz sahibliyi daha da möhkəmlənir, vətəndaşlarımızın rifah halı yüksəlir, respublikamız strateji hədəflərinə doğru inamla və ardıcıl şəkildə irəliləyir. Bu günlərdə Sizin təşəbbüsünüzlə irəli sürülmüş və Milli Məclisin qəbul etdiyi,  müstəqillik dövrünün ən böyük amnistiya aktı uğurla həyata keçirdiyiniz dövlət siyasətində humanizmin, insan amilinə verilən dəyərin bariz göstəricisidir.

Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı olaraq qətiyyətli rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur torpaqlarında hazırda Sizin başçılığınız altında sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində minlərlə məcburi köçkün öz doğma yurdlarına qayıdır, müasir şəhər və kəndlər salınır, sosial və istehsal infrastrukturu qurulur, Qarabağda həyat yenidən canlanır.

Antiazərbaycan qüvvələrin və bədxah dairələrin bütün məkrli cəhdlərinə baxmayaraq, Sizin müdrik və qətiyyətli siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq müstəvidə mühüm nailiyyətlər qazanmağa davam edir. Xüsusilə bu ilin avqust ayında ABŞ-yə uğurlu səfəriniz çərçivəsində keçirdiyiniz yüksək səviyyəli görüşlər, aparılan konstruktiv danışıqlar və əldə olunan mühüm razılaşmalar Azərbaycanın qlobal miqyasda etibarlı və prinsipial tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirmişdir. Türk dünyasının birliyi amalına daim sadiq qalan Azərbaycan Sizin rəhbərliyinizlə Türk Dövlətləri Təşkilatının fəaliyyətində də fəal iştirak edərək qurumun iqtisadi-siyasi əlaqələrinin inkişafına, ortaq Türk kimliyinin və Turan ruhunun gücləndirilməsinə mühüm töhfələr verir.

Əziz və çox hörmətli Prezidentimiz!

Respublikamızın 80 şəhər və rayonunda fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü Sizin misilsiz xidmətlərinizi yüksək dəyərləndirir, Sizinlə fəxr edir və hər zaman uğurlu dövlətçilik siyasətinizə dəstək olduğunu bildirir. Bu əlamətdar gündə Sizi bir daha bütün səmimiyyətimizlə doğum gününüz, həmçinin qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, xoşbəxtlik, tükənməz uğurlar, Azərbaycan dövlətinin tərəqqisi və xalqımızın rifahı naminə gördüyünüz bütün işlərdə davamlı nailiyyətlər arzulayırıq!

Uca Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!

Dərin hörmətlə,

Azərbaycan Ağsaqqallar Şurasının

35 min üzvü adından Şuranın sədri,

millət vəkili, professor

Eldar Quliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Dekabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni danışıqlara başladılar

29 Sentyabr 2026 06:44see150

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Çənə və diş ağrısı İNFARKTIN GİZLİ ƏLAMƏTİ ola bilər

29 Sentyabr 2026 04:54see148

Çəngəl bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır

29 Sentyabr 2026 04:04see145

İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş

29 Sentyabr 2026 06:08see142

Totti 2006 cı il dünya çempionatının həyatındakı rolundan danışdı

29 Sentyabr 2026 05:19see142

Həbsdəki iş adamı Bakı Apellyasiya Məhkəməsinin sədrinə müraciət edib BU QANUNSUZLUQLAR ARAŞDIRILSIN!

29 Sentyabr 2026 10:26see140

Demnadan Milanda yeni Gucci kolleksiyası (FOTO)

29 Sentyabr 2026 08:15see139

Fərid Qayıbov: Bakı dünyanın idman paytaxtıdır

29 Sentyabr 2026 12:17see139

Jezuş Ronaldunun oyun vaxtı ilə bağlı razılaşmasını pozdu

29 Sentyabr 2026 07:34see137

“Qarabağ”ın futbolçusu İrəvanda Şəkil

29 Sentyabr 2026 08:52see137

Böyüdüyümüzü ilk dəfə harada anlayırıq? KÖŞƏ

29 Sentyabr 2026 10:57see136

“Qızıl top” uğrunda mübarizədə gözlənilməz dəyişiklik

29 Sentyabr 2026 08:23see136

Hacı Şahin Həsənlinin nəvəsi dünyaya gəldi

29 Sentyabr 2026 11:28see136

Azərkosmos 36 ölkəyə xidmət ixrac edib

29 Sentyabr 2026 11:59see135

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

29 Sentyabr 2026 03:43see135

“Ola bilər ki, kimlərsə məndən narazılıq edir” (MÜSAHİBƏ)

29 Sentyabr 2026 08:10see134

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

29 Sentyabr 2026 11:27see134

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

29 Sentyabr 2026 12:06see133

Qızıl alanlara ŞAD XƏBƏR VİDEO

29 Sentyabr 2026 09:29see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri