Bu ölkə ordusunu süni intellektə həvalə etdi
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaponiyanın müdafiə naziri Şinciro Koizumi ölkənin müdafiə sektorunda, o cümlədən Özünümüdafiə Qüvvələrinin fəaliyyətində süni intellektin tətbiqini nəzərdə tutan xüsusi sənədin hazırlanacağını açıqlayıb.
Modern.az xəbər verir ki, TBS telekanalına müsahibə verən nazirin sözlərinə görə, “Defense AI Vision” adlanan konsepsiyanın 2026-cı ilin noyabr ayının sonunda təqdim edilməsi planlaşdırılır.
Yeni sənəd süni intellekt texnologiyalarının Müdafiə Nazirliyinin və hərbi strukturların fəaliyyətinə inteqrasiyasının əsas istiqamətlərini müəyyən edəcək.
Koizumi qeyd edib ki, iki il əvvəl qəbul edilmiş süni intellekt siyasətinin yenilənməsinə ehtiyac var. Bu zərurət ölkənin milli təhlükəsizlik və müdafiə strategiyasının yenidən nəzərdən keçirilməsi ilə əlaqələndirilir.
Yaponiyanın Baş naziri Sanae Takaiçi vəzifəyə gəldikdən sonra müdafiə və təhlükəsizlik strategiyalarının yenilənməsinə başlanılıb. Bu çərçivədə süni intellekt və pilotsuz texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir.
Yeni konsepsiyanın müdafiə büdcəsinin artırılması və ölkənin hərbi imkanlarının genişləndirilməsi fonunda süni intellektin hərbi əməliyyatlarda və gündəlik müdafiə fəaliyyətində tətbiqini konkretləşdirəcəyi gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Noyabr 2026 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















