III Çarlz yaşlandığını etiraf etdi
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Böyük Britaniya kralı III Çarlz yaşlanması ilə bağlı zarafatı ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, 78 yaşını noyabrın 14-də qeyd edən monarx Elton Conun “Rocket Hour” radio proqramının xüsusi buraxılışının qonağı olub. Onlar söhbət zamanı yaşlanmaqdan və həyatın çətinliklərindən danışıblar.
Görüş kralın xeyriyyə fondunun 50 illik yubileyi münasibətilə baş tutub. Söhbət zamanı III Çarlz Elton Conun 1986-cı ildəki konsertini xatırlayıb. Həmin çıxışda müğənni məşhur “I'm Still Standing” mahnısını ifa edib.
Kral mahnının bir çox insan üçün dözümlülük və mübarizə rəmzinə çevrildiyini bildirib.
Elton Con isə zarafatla hazırda ayaq üstə dayanmaqdan daha çox oturmağa üstünlük verdiyini deyib. III Çarlzın cavabı isə studiyada gülüşə səbəb olub.
“Burada-burada nələrinsə vaxtaşırı qopması ilə bağlı. Yaşlandıqca bunun nə qədər dəhşətli problem olduğunu bilirəm” deyə, kral zarafat edib.
Qeyd edək ki, III Çarlz oğulları - şahzadələr Uilyam və Harrinin barışmasını da arzulayır. Monarx onların şəxsi inciklikləri davam etsə belə, heç olmasa, simvolik olaraq birlikdə ictimai tədbirdə iştirak etdiklərini görmək istəyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Noyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















